Icma.az
close
up
RU
Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Ən sərfəli və etibarlı üsul AÇIQLANDI

Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Ən sərfəli və etibarlı üsul AÇIQLANDI

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı və digər iri şəhərlərdə mənzillər kifayət qədər bahadır. Ona görə də insanlar ipoteka ilə mənzil almağa daha çox üstünlük verirlər. Hazırda iki ipoteka növü var. Biri İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti ilə həyata keçirilir. Digəri isə Mənzil Tikinti Kooperativlərinin daxili ipotekası əsasında baş tutur.
Bəs bu ipotekalardan hansı daha sərfəli və etibarlıdır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına mənzil almaq daha sərfəlidir:
“Çünki Fondun təklif etdiyi faiz dərəcələri MTK-ların təqdim etdikləri faiz dərəcələrindən qat-qat aşağıdır. Qeyd edim ki, daxili ipotekanın faizi 12 faiz üzərindədir. Lakin Fondun təklif etdiyi kreditlər 4 faizdən başlayır. Ən yuxarısı isə 7-8 faizdir.
Üstünlük təkcə bu deyil.
 

Məsələn MTK-lar yalnız özlərinə sərf edən ərazilərdə mənzil təklif edirlər. Amma dövlət ipoteka vəsaitlərindən istifadə etməklə şəhərin istənilən yerindən mənzil almaq mümkündür. Hətta köhnə binalardan da mənzil almaq olur. Yəni Fond vətəndaşın seçiminə hörmət edir. Təsadüfi deyil ki, bu ipoteka növünə mənzil bazarında tələbat daha çoxdur. Daxli ipotekalarda isə tələbat o qədər yüksək deyil.


Digər tərəfdən Fond tərəfindən ipotekaya verilən mənzillərin Dövlət Reyestrindən çıxarışı olur. Lakin MTK-ların təklif etdiyi ipotekalarda isə mənzillər bir qayda olaraq müqavilə əsasında satılır. Belə hallarda sonradan ortaya müxtəlif problem çıxır. Məsələn, bina istismara verilməsi ləngiyir, çıxarışların verilməsi bəzən illərlə uzanır. Ona görə də dövlətin təklif etdiyi ipoteka daha sərfəli və etibarlıdır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Yanvar 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri