Belə sənədlər etibarlı deyil Ev almaq istəyənlərin nəzərinə
Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Daşınmaz əmlak bazarında sənədləşmə məsələsi alıcılar üçün ən həssas mövzulardan biri olaraq qalır. Xüsusilə çıxarışı olmayan evlərin satışı zamanı hüquqi risklər daha da artır. Bir çox hallarda vətəndaşlar daha ucuz qiymətə görə etibarnamə və ya bələdiyyə sənədləri ilə kifayətlənirlər. Lakin bu cür yanaşma sonradan ciddi mübahisələrə və mülkiyyət problemlərinə səbəb ola bilər.
Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, etibarnamə mülkiyyət hüququnu ötürmür, yəni etibarnamə ilə mülkiyyət bir şəxsdən digərinə keçmir:
"Bu, əsasən sənədsiz evlərlə bağlıdır. Həmin evlərin çıxarışı olmadığı üçün sahibi satışı etibarnamə yolu ilə həyata keçirməyə çalışır. Bu isə hüquqi baxımdan əsaslı sənəd hesab olunmur.
İkincisi, bələdiyyə sənədinin olması o deməkdir ki, bələdiyyə tərəfindən müəyyən icazə verilib, lakin konkret obyektin çıxarışı yoxdur. Belə hallarda ehtiyatlı yanaşmaq lazımdır. Çünki bir çox hallarda bələdiyyə tərəfindən verilmiş sənədlər ya saxta olur, ya müddəti bitir, ya da müxtəlif səbəblərlə çıxarış alınmadığı üçün sadəcə bələdiyyə sənədi kimi qalır. Bu səbəbdən belə sənədlər etibarlı hesab olunmur".
Ekspert deyib ki, Dövlət Əmlak Xidməti və kadastr tərəfindən verilmiş çıxarışı olan evlər hüquqi baxımdan daha etibarlıdır.
"Bu cür daşınmaz əmlakı notarial qaydada alqı-satqı etmək mümkündür. Tövsiyə olunur ki, məhz bu sənədlərə əsaslanan evlərə üstünlük verilsin ki, sonradan problemlər yaranmasın. Yekun olaraq, çıxarışı olmayan hər hansı daşınmaz əmlakı almaq məsləhət deyil. Adətən aztəminatlı və ya yeni qurulmuş ailələr daha ucuz olduğu üçün sənədsiz evlərə üz tuturlar. Bu başa düşüləndir, lakin nəticədə ciddi problemlərin yaranmasına səbəb ola bilər",- deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ev almaq istəyənlərin NƏZƏRİNƏ: Ən sərfəli və etibarlı üsul AÇIQLANDI
24 Yanvar 2026 18:00
Ev almaq istəyənlərin nəzərinə Qiymətlər dəyişəcək
01 Aprel 2025 17:44
Ev almaq istəyənlərin nəzərinə: Bahalaşma olacaq
31 Dekabr 2024 10:29
İpoteka ilə ev almaq istəyənlərin nəzərinə
27 Fevral 2025 21:36
Bakıda ev almaq istəyənlərin nəzərinə! AÇIQLAMA
08 May 2026 22:15
Baxış sayı:179
Bu xəbər 18 Aprel 2026 23:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları