Icma.az
close
up
RU
Ev almaq istəyənlərin NƏZƏRİNƏ! İlin ikinci yarısında...

Ev almaq istəyənlərin NƏZƏRİNƏ! İlin ikinci yarısında...

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. İlkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb.

Ekspertlərin öncədən də proqnozlaşdırdığı kimi, mənzil fondunun yenilənməsi ilə bağlı qiymət artımı gözlənilən idi. Digər səbəblərə gəlincə, vergilərin artması, şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsi kimi amillər də daşınmaz əmlak bazarına təsirsiz ötüşmür.

Bir çox ekspert hesab edir ki, bu il də qiymətlərin aşağı düşməsi ehtimalı yoxdur.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında xatırladıb ki, 2024-cü ilin sonunda 5-10 faiz civarında qiymət artımı müşahidə olundu.

Ekspert vurğulayıb ki, qiymət artımı daha çox Bakı şəhərində, Ağ Şəhər, “See Breeze” layihələrində qeydə alınıb:

“Sözügedən layihələrdə 15-20 faizlik qiymət artımı olub. Lakin qiymət artımını bütün daşınmaz əmlak bazarına aid etmək olmaz. Söhbət yüksək tələbat olan ərazilərdən gedir. Yeni tikililərdə qiymət artımı orta hesabla 10 faiz, digər müxtəlif seqmentlərdə isə 5-7 faiz arasındadır”.

Kirayə bazarındakı qiymətləri şərh edən ekspert bildirib ki, Bakıda keçirilən COP29 tədbiri ilə bağlı qiymətlər qısamüddətli olsa da, 2-3 dəfə artdı.

O ki qaldı ipoteka krediti vasitəsilə əldə olunan daşınmaz əmlaka, Elnur Azadov tələbin təxminən iki dəfə artdığını qeyd edib:

“İpoteka və Kredit Zəmanət Fondu ayrılmış büdcəni tam istifadə etdi. Hətta noyabr ayının əvvəlində ikinci dəfə büdcə ayrıldı. Ümumi bazara ciddi təsir göstərməsə də, torpaq sahəsinin məhdud olduğu bəzi bölgələrdə hətta 25 faizlik artım müşahidə olunub.

Regionlarda qiymət artımı nisbətən aşağı olub. Məlum olduğu kimi, Bakı şəhərinin Baş planı bir ildən çoxdur ki, ictimaiyyətə təqdim olunub. Lakin tikinti şirkətləri arasında rəqabət olduqca azdır. Son 3 ildə rəqabət az olduğu üçün tikinti şirkətləri qalıq mənzillərin qiymətini normadan artıq qaldırdı. Bu da daşınmaz əmlak bazarına əks təsir edirdi.

Proqnoz edilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin ikinci yarısında tikinti şirkətlərinə icazələri verməyə başlayacaq. Əgər bu baş versə, tikinti şirkətləri arasında rəqabət yüksələcək, nəticədə ilin sonunda qiymətlər daha stabil olacaq. Əgər bu proses geciksə, yaxud zəif templə getsə, qiymət artımı mənzillər üçün orta hesabla Bakı, Abşeron, Sumqayıtda 10 faiz civarında olacaq.

Onu da qeyd etmək lazımdır ki, bir çox ərazidə - Qara Qarayev, Qaraçuxur, Yasamal, Alatava, Nəsimi, Binəqədidə köhnə yaşayış fondunun, 2,3,5 mərtəbəli binaların sökülməsi nəzərdə tutulub. Əgər bu proses aktiv gedərsə, icarə qiymətlərinin ilin ikinci yarısında ən azı 20 faiz artması qaçılmazdır. Pilot layihələrə düşən binaların sökülməsinə başlansa, icarə evlərinə tələbat kəskin artacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri