Icma.az
close
up
RU
Ev almaq və ya satmaq istəyənlərin nəzərinə: Prosedur bu cürdür

Ev almaq və ya satmaq istəyənlərin nəzərinə: Prosedur bu cürdür

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çıxarışı mövcud olan mənzilinizi və ya fərdi yaşayış evinizi rəsmi qaydada satmaq istəyirsinizsə, notariat ofisinə yaxınlaşmalısınız. MTK-lardan alınmış mənzillər istisna olmaqla, notariat ofisində bağlanılmamış alqı-satqı rəsmi hesab olunmur”. 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Turan Abdullazadə deyib. 

Vəkil notariat ofisində alqı-satqı üçün hansı sənədlər tələb olunmasını mərhələli şəkildə izah edib: “Tərəflərin şəxsiyyətini təsdiq edən sənəd, əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd- çıxarış, əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış, sadə dillə desək, “Forma-1” arayışı, mülkiyyətçi nikahdadırsa, onun nikah haqqında şəhadətnaməsi, mənzil nikah dövründə əldə olunmuşdursa, onun satılmasına ər və ya arvadın notariat qaydasında təsdiq edilmiş razılığı. Əgər əmlak nikah dövründə əldə olunmuşdursa, bu razılıq mütləqdir. Ev və ya mənzil ümumi birgə mülkiyyətdədirsə, bu zaman digər mülkiyyətçilərin yazılı razılığı, yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzil-istismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış şəxslərin yazılı razılığı, icbari sığorta şəhadətnaməsi. Əgər siz müqavilə əsasında öz evinizi ərinizə və ya arvadınıza, uşaqlarınıza, valideynlərinizə, babanıza, nənənizə, nəvənizə, qardaşınıza və ya bacınıza satırsınızsa, bu zaman ödəməli olduğunuz dövlət rüsumu 25 manatdır. Əgər əmlakınızı sadaladığımız şəxslərə deyil, digər şəxslərə satırsınızsa, bu zaman daşınmaz əmlakın yerləşdiyi yerdən asılı olaraq rüsumun məbləği dəyişir. Belə ki, Bakı şəhəri üzrə dövlət rüsumu 280 manat, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə dövlət rüsumu 196 manat, digər şəhər və rayonlarda isə dövlət rüsumu 140 manatdır”. 

T.Abdullazadə bildirib ki, mənzillərin alqı-satqısı, ev alqı-satqı müqaviləsini notarial qaydada təsdiq edərkən bir qrup şəxslər dövlət rüsumunun ödənilməsindən azad hesab olunur: “İşləyib-işləməməsindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, orqanizminin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən şəxslər, yəni I dərəcə əlilliyi olanlar, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər. Ev alqı-satqısı həyata keçirilərkən qanunvericiliyə görə, vətəndaş mülkiyyətində olan hər hansı bir daşınmaz əmlakı - yaşayış və qeyri-yaşayış sahələrini, yaxud torpaq sahəsini satırsa, sadələşdirilmiş vergi ödəyicisi hesab olunur. Bu, Vergi Məcəlləsinin 218.4.3. və 218.4.5-ci maddələrində öz əksini tapıb. Həmin vergi əmlakın qiymətindən asılı deyil, yerləşdiyi zonaya və əmlakın sahəsinə uyğun olaraq hesablanır. Lakin mülkiyyətinizdə olan və satmaq istədiyiniz evin 30 kvadrat metrədək olan hissəsi vergidən azaddır. Həmçinin əgər satdığınız evdə və ya mənzildə 3 təqvim ili ərzində qeydiyyatda olmusunuzsa, bu zaman, ümumiyyətlə, həmin vergini ödəməkdən azad edilirsiniz. Verginin məbləği hesablanarkən hər kvadrat-metr üçün 15 manat, əmlakın yerləşdiyi zonaya uyğun olaraq isə 1 manat 20 qəpikdən 4 manatadək əmsal nəzərdə tutulur. Daşınmaz əmlakın alqı-satqısı notariat qaydasında təsdiq edilərkən pul vəsaitini tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Yəni notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Qeyd edək ki, köçürmələr zamanı bankın göstərdiyi xidmətlərə görə notariusun əməkdaşlıq etdiyi bankdan asılı olaraq 0,2-0,5 % məbləğində komissiya haqqı tutulur”. 

Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Fevral 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see178

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see139

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see138

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see134

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see133

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see124

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see122

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see115

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see113

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see112

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri