Icma.az
close
up
RU
Ev heyvanları üçün yayın görünməyən təhlükəsi

Ev heyvanları üçün yayın görünməyən təhlükəsi

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

LSU Baytarlıq Tədris Xəstəxanasının baytarları ev heyvanı sahiblərinə yay istisində heyvanların sağlamlığı üçün artmış risklər barədə xəbərdarlıq ediblər.

Redaktor.az bu barədə gazeta.ru-ya istinadən məlumat verir.

İtlərin normal bədən temperaturu 37,2–39,2 °C arasında dəyişir. Temperatur 40,5 °C və daha yüksək olduqda istilik vurması (günvurma) baş verir ki, bu da qıcolmalara, komaya və heyvanın ölümünə səbəb ola bilər.

“Hətta itin qapalı maşında qısa müddət qalması belə həyati təhlükə yarada bilər,” – deyə alimlər xəbərdarlıq ediblər.

Artıq risk qrupuna balaca it və pişik balaları, yaşlı heyvanlar və yastıburunlu itlər (məsələn, buldoqlar, mopslar və s.) daxildir. İstilik vurmasının ilk əlamətlərinə sürətli nəfəsalma, diş ətində qızartı, qusma və ishal daxildir. Bu simptomlar müşahidə olunduqda heyvan dərhal kölgəyə aparılmalı, tükləri sərin su ilə isladılmalı və təcili olaraq baytara müraciət edilməlidir.

İstilik vurmasının qarşısını almaq üçün mütəxəssislər heyvanların təmiz suya və kölgəyə daimi çıxışını təmin etməyi, onları qətiyyən maşında (hətta pəncərəsi açıq olsa belə) tək qoymamağı və gəzintiləri səhər tezdən və ya axşam saatlarına planlaşdırmağı tövsiyə edirlər. Həmçinin, isti asfalt üzərində gəzmək zamanı pəncəaltı nahiyələrin yanma riski də unudulmamalıdır.

Baytarlar heyvan sahiblərini yay günlərində diqqətli və məsuliyyətli olmağa çağırır ki, həm insanlar, həm də onların ev heyvanları üçün bu mövsüm təhlükəsiz keçsin.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 İyul 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see274

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see264

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see264

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see260

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see243

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see239

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see231

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see218

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see197

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see197

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see195

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see192

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see190

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see186

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see181

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see167

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see166

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri