Icma.az
close
up
RU
Ev işləri kişilərin ömrünü uzadır: Feminizmin oyunu, yoxsa gerçəklik?

Ev işləri kişilərin ömrünü uzadır: Feminizmin oyunu, yoxsa gerçəklik?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Ev işləri görmək kişilərin ömrünü 3 il uzadır. Bu barədə Niderlandın Rotterdam Universitetinin apardığı araşdırmada bildirilir. Tədqiqat 7 min kişi və qadının gündəlik fəaliyyətləri əsasında aparılıb.

Tədqiqat qrupunun rəhbəri, həkim Klodian Dhana bağ və əkinçiliklə məşğul olan kişilərin ömrünün 2,7 il uzandığını qeyd etsə də, bu halın qadınlara şamil olunmadığını vurğulayıb.

Azərbaycanda isə evdə iş görən kişilərə həmkarları tərəfindən bəzən mənfi yanaşılır, ev işlərinin yalnız qadına xas olduğu vurğulanır. Hətta belə kişilərin iş yerlərində və dost-tanış arasında lağa qoyulduğu hallar da olur.

Qadın və kişinin hüquqları bərabərdirsə, bəs ev işləri ailədə necə bölünməlidir?

Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, ev işləri qadınla kişi arasında razılaşdırılmış şəkildə aparılmalıdır:

"Biz hələ bilmirik ki, bu araşdırma doğrudan da aparılıb, yoxsa feyk informasiya kimi istifadə olunur. Sanki feministlərin və gender adı ilə qadın hüquqlarını müdafiə edənlərin bir piar informasiyası kimidir. Ev və çöl işlərinə gəlincə, hesab edirəm ki, bunlar qadınla kişinin razılaşdırılmış əmək bölgüsü əsasında aparılmalıdır”.


Sosioloq qeyd edib ki, ev işi əmək bölgüsüdür və icbari xarakter daşımır:

"Yəni məcburiyyət yoxdur. Şübhəsiz ki, istər ev, istərsə də çöl işlərində qadın kişiyə, kişi isə qadına kömək edə bilər. Bu normaldır. Amma "bu qadının işidir" və ya "bu kişi işi olmalıdır"kimi məcburi yanaşma yoxdur. Çöl işi çətin olduğundan kişilər daha çox həmin işlərlə məşğul olurlar ki, həyat yoldaşları evdə daha təhlükəsiz və rahat olsunlar. Amma xaqanlıq dövründə belə deyildi — qadınlar daha çox çöl işləri ilə məşğul olurdular. Əmək bölgüsü dəyişdikdən sonra kişilər çöl, qadınlar isə ev işlərini icra etməyə başlayıblar”.

Üzeyir Şəfiyev hesab edir ki, bu məsələdə cəmiyyətin də rolu var:

"İki­mərkəzli cəmiyyətlərdə ailənin maliyyə yükü əsasən kişilərin üzərində olduğundan kişilər çöl işləri ilə məşğul olub gəlir əldə edirlər, qadınlar isə ev təsərrüfatı, uşaqların tərbiyəsi və digər işlərlə məşğul olurlar. Ev işləri razılaşma əsasında olmalıdır, burada məcburiyyət yoxdur. Elə kişilər var ki, evdə həyat yoldaşlarına kömək edirlər. Hətta qadınların özləri də çöl işlərində ərlərinə dəstək olurlar. Burada qəlibləşmiş bölgü anlayışı yoxdur — hər kəs öz qabiliyyəti çərçivəsində iş tutur”.

Ev işlərinin ömrü uzatması məsələsinə gəlincə, sosioloq bununla razılaşdığını bildirib:

"Bəli, insan bekar qaldıqca, işləmədikcə xəstəliklər artır, depressiya və gərginlik yığılır. İnsan daim hərəkətdə olmalıdır. Pensiyaya çıxan şəxslərdə sürətli və qeyri-sağlam qocalma müşahidə olunur. Buna görə bir sıra ölkələrdə aktiv və sağlam qocalma layihələri tətbiq edilir. Azərbaycanda da bunun nümunələri var. Bu baxımdan insan daim işləməli, hətta xəstə olsa belə, hər gün müəyyən qədər hərəkət etməlidir”.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri