Ev konservlərini nə qədər saxlamaq olar?
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ev şəraitində hazırlanan konservlərin əksəriyyətinin maksimum saxlanma müddəti bir ildən çox deyil. Bununla belə, sirkəli marinada qoyulmuş göbələk və tərəvəzlər 1 il 6 aya qədər, bol şəkərli mürəbbələr isə bir neçə il rəflərdə qala bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Novosibirsk Dövlət Universitetinin Tibb və Tibbi Texnologiyalar İnstitutunun direktor müavini Darya Podçinenova məlumat verib.
"Əksər ev konservləri bir ildən artıq saxlanılmamalıdır. Sərin və qaranlıq mühitdə (soyuducu, zirzəmi) saxlanıldıqda sirkəli tərəvəz və göbələk turşuları bir ildən bir il yarımadək, çəyirdəksiz meyvə və giləmeyvələrdən bişirilmiş mürəbbələr isə bir neçə il istifadəyə yararlı qalır", - deyə mütəxəssis qeyd edib.
Həkim xəbərdarlıq edib ki, istənilən ev konservini yedikdən sonra ürəkbulanma, ağızda quruluq, görmənin dumanlanması və ya ikiləşməsi, udqunma çətinliyi, eləcə də nitq qüsurları yaranarsa, dərhal təcili yardım çağırmaq lazımdır, çünki bunlar botulizmin ilkin əlamətləridir.
O, əlavə edib: "Bankanı heç bir halda atmayın: onu analiz edilməsi üçün həkimlərə təqdim etmək vacibdir".
Ekspertin sözlərinə görə, əsas təhlükə torpaqda və suda külli miqdarda olan botulizm sporlarının qidaya keçə bilməsidir. Oksigenin olmadığı hermetik bağlı bankalarda həmin sporlar sürətlə çoxalaraq ölümcül dərəcədə təhlükəli toksin ifraz edir. Bu proses zamanı məhsulun dadı, qoxusu və xarici görünüşü tamamilə dəyişməz qala bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:33
Bu xəbər 30 Avqust 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















