Icma.az
close
up
RU
Ev qiymətləri 2026 cı ildə də ucuzlaşmayacaq Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Ev qiymətləri 2026 cı ildə də ucuzlaşmayacaq Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ev bazarında qiymətlər günü-gündən artmaqda davam edir.

Bəs 2026-cı ildə vəziyyət necə olacaq? Yeni ildə ev qiymətlərində azalma gözlənilirmi, yoxsa artım davam edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirdi ki, qiymətlərdə azalma üçün təhsil müəssisələri, istehsalat müəssisələri Bakı şəhərindən kənarlaşdırılmalıdır.

"Yataqxanalar tikilməlidir. Regionlarla mərkəz arasında iqtisadi inkişaf və məşğulluq sahəsində mövcud olan disbalans aradan qaldırılmalıdır. Tikintinin maya dəyəri azalmalıdır. Bunlar hal-hazırda baş vermir və gələn ildə də gözlənilmir. Bu səbəbdən hər hansı bir azalmanın olması iqtisadi cəhətdən mümkün deyil.

Düzdür, iqtisadi baxımdan büdcənin optimallaşdırılması, xərclərin tənzimlənməsi və bəzi maliyyə proqnozları mövcuddur, amma bunlar ölkədə iqtisadi kataklizm və böhrana səbəb olacaq proseslər deyil. Müəyyən problemlər yarana bilər və vətəndaşlarla hökumət birlikdə onların öhdəsindən gələcək. Hökumət islahatlara davam edərsə, vergi sahəsində sahibkarların yükünü yüngülləşdirsə, yeni iş yerlərinin yaradılması istiqamətində təşviq proqramlarını davam etdirərsə və sosial dəstəkləri qoruyarsa, Azərbaycan bu o qədər də böyük olmayan iqtisadi problemlərdən çıxış yolunu tapa biləcək. Kataklizm və devalvasiya olmadığı üçün mənzillərin qiymətlərində hər hansı bir azalmanın olacağı güman edilə bilməz. Amma çətinliklər qiymət artımına təsir göstərəcək. Düşünmürəm ki, gələn il qiymət artımının dinamikliyi son üç ildəki səviyyədə yüksək olacaq. Yenə də tendensiya artım istiqamətindədir, azalma istiqamətində deyil", - deyə iqtisadçı əlavə etdi.

Müsahibimiz qeyd etdi ki, 2026-cı ildə ev qiymətləri hökumətin qəbul etdiyi qərarlardan, regiondakı proseslərdən və qlobal maliyyə hadisələrindən asılı olacaq:

"Buna görə hesab edirəm ki, ev və mənzil qiymətlərində ucuzlaşma gözlənilmir. Bazarda durğunluq ola bilər, alqı-satqı faktları azala bilər, amma kvadrat metr başa gəlmə xərclərindən aşağı satış mümkün deyil. Çünki tikinti prosesləri hal-hazırda yüksək xərclərlə həyata keçirilir və sahibkar daha ucuz qiymətə satmaq imkanına malik deyil. Eyni zamanda, normativlərin qəbul edilməsi və tikinti meyarlarının tam qanunauyğun şəkildə tələblərinin tətbiqi tikintinin həcmini azaldacaq. Tikintinin həcmi azaldıqda isə qiymət artımı baş verəcək. Yəni qiymətlərin azalması mümkün deyil. Makroiqtisadi və mikroiqtisadi proseslərin təhlili bu nəticəyə gətirir. Qiymətlərin azalmasına dair fikirlər yalnız müəyyən alətlərə əsaslanır. Digər amil isə daşınmaz əmlakın investisiya aləti kimi hələ də aktual olmasıdır. Fond birjaları və səhm bazarı olmadığından daşınmaz əmlak və qızıl əşyaları yeganə yatırım mənbəyi olaraq qalır və gələn il də bu vəziyyət davam edəcək".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri