Icma.az
close
up
RU
Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın

Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh NəsibovBakıda keçiriləcək dünya çempionatından öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, qurum rəsmisi jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycan Minifutbol Federasiyası olaraq Azərbaycanda ilk dəfədir dünya miqyaslı yarış keçiririk. Ölkəmiz bu cür beynəlxalq yarışları keçirməyə öyrəşib. Hər zaman da yüksək peşəkarlıq göstərib. Bir çox misallar çəkmək olar. Biz də bu nümunəni götürərək, AMF olaraq bu yarışı yüksək səviyyədə keçirmək niyyətindəyik. Azərbaycana yaraşan səviyyədə etmək istəyirik. Əlbəttə ki, çətinliklər həmişə olur, olacaq da. Əlimizdən gələni edirik. Azərbaycanda belə yarışların keçirilməsi federasiyanın üzərində böyük məsuliyyətdir. AMF-nin əməkdaşları çox deyil. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası bu yarışı keçirməyimizdə böyük dəstəkçidir. Hələ ki, bu işin öhdəsindən lazımınca gələ bilirik.

- Bu gün arenada veteranların oyunu keçiriləcək. Maraq böyükdür. Gələcəkdə bunu davam etdirmək fikriniz var?

- Özümüz də marağın nə dərəcədə olduğunun şahidiyik. "Legends Cup"dan sonra hər il bunu ənənə halına salmaq istəyirik. Gələn il də belə təşəbbüs irəli sürərək, belə oyunların keçirilməsinə ev sahibliyi edərik. Yəqin ki, olacaq. Çünki hamı gözəl qarşıladı bu ideyanı. Bizim üçün də xoşdur. Bizim veteranlardır. Onlar da bu cür oyunlarda iştirak edərək bizi və azarkeşləri sevindirirlər.

- Dünya çempionatına ev sahibliyi etmək təşəbbüsü necə yarandı? Kimin ideyası idi?

- Avropa çempionu olduqdan sonra daha çox işlər görməyə başladıq. 2023-cü ildə dünya çempionatı BƏƏ-də keçirilmişdi. AMF-nin prezidenti Orxan Məmmədovun təşəbbüsü idi. Dünya Minfutbol Federasiyasının görüşlərind təşəbbüs irəli sürmüşdü. Onlarla danışıqlara başladıq. Bütün lazım olan addımları atdıq. Onları Azərbaycana dəvət etdik, arenaları gəzdirdik. Arena seçildikdən sonra sənədlər toplandı və ev sahibliyi etmək istədiyimizi bildirdik. Növbəti iclasda 2025-ci ildə dünya çempionatının Bakıda keçirilməsinə qərar verildi. Əsas təşəbbüskar Orxan Məmmədovdur.

- Açılış mərasimində azarkeşləri nə gözləyir? Necə hazırlaşmısız?

- Hər bir yarışın güzgüzsü açılışdır. Kifayət qədər lazımi tədbirlər görnüşük. Maraqlı açılış olacaq. Açılışın necə olacağı həmin günə qalsın. Bəyənib-bəyənmədiyinizi deyərsiz.

- Millinin qarşısında duran vəzifə nədən ibarətdir?

- Ev sahibiyik. Millinin hazırlığına kifayət qədər lazım olan şəraiti yaratmışıq. İstər toplanışlar, istər qidalanma, istərsə də hər bir şərait yaradılıb. Ev sahibi kimi oynamaq da məsuliyyətdir. Milli komandamız psixoloji cəhətdən tam hazırdır. Heyət olaraq da formalaşıblar, neçə aydır toplanışdadırlar. Yaxşı olar. Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın. Hədəfimiz 3 yerdən birini qazanmaqdır. Oyunçulara demişik ki, 3 yerdən birini qazansaq, bizim üçün yaxşıdır.

- Qadınlar arasında minifutbol çempionatı keçirməyə necə baxırsız?

- Belə kütlə olmadığına görə çətinlik çəkirik. Böyük futbolda da çempionatımız elə də güclü deyil. AMF yarandığı gündən məhəllə futbolunu meydançaya gətirmişik. Bunun üzərində də peşəkarlıq göstərib, bu səviyyəyə gətirib çıxarmışıq. Qadınların marağı olsa, keçirilməsinə etiraz etmərik. Sadəcə bu cür marağın şahidi olmamışam.

- Milli komanda üçün mükafat fondu var?

- Əlbəttə ki, mükafatsız olmayacaq. Artıq baş məşqçi ilə müzakirə olunub, təyin edilib. İstəməzdim media üçün açıqlayım. Amma federasiya prezidenti tərəfindən mükafat təyin olunub. Bu barədə də baş məşqçiyə bildirilib. Yəqin ki, baş məşqçi də bunu kollektivlə bölüşüb.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://sportal.az
archiveBu xəbər 19 May 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri