“İstəyərdik ki, Kaşkilya qalsın” “Küdrü Qartalları” “İmişli”nin qərarı barədə nə dedi?
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mövsümü 9-cu pillədə başa vuran “İmişli” nə qədər qəribə görünsə də, dünən baş məşqçi Jorj Kaşkilya ilə vidalaşdı. Üstəlik komandanın növbəti “futbol ili”ndə ev oyunlarını harda keçirəcəyi də dəqiqləşməyib.
Maraqlıdı, Aran təmsilçisinin fanklubu olan “Küdrü Qartalları” portuqaliyalı mütəxəssislə bağlı qərarı ədalətli sayırmı? Komandanın yeni məkanının hara olacağının hələ də bilinməməsini necə qarşılayır?
Bu məqamlara münasibətini öyrənmək üçün “Küdrü Qartalları”nın rəhbəri Əli Əliyevə müraciət etdik. Onun “Football-plus.az”a açıqlaması:
“Küdrü Qartalları” komandanın harda oynayacağından asılı olmayaraq, tribunalarda olacaq. Baş məşqçiylə bağlı məsələyə gəlincə, istəyərdik ki, Kaşkilya qalsın, ona bir mövsüm daha şans verilsin. Ancaq klub belə qərara gəlibsə, yəqin nəsə bildiyi var. Biz bu məsələyə qarışa bilmərik. Görünür, “İmişli” növbəti mövsümə daha yaxşı hazırlaşır. Yeni baş məşqçinin yerli, yoxsa əcnəbi olacağının fərqi yoxdu. Əsas odu ki, klub düzgün idarə edilsin”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 01 İyul 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















