Evdə dərs deyənlər nə qədər vergi ödəməlidir? Hüquqşünas açıqladı
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
Evdə repetitorluq edən şəxslərin fəaliyyətinin necə rəsmiləşdirilməsi və hansı vergi öhdəliklərinin yaranması maraq doğurur. Xüsusilə fərdi qaydada dərs deyən şəxslərin VÖEN almasının vacibliyi, fəaliyyət üçün hər hansı icazənin tələb olunub-olunmaması və əldə edilən gəlirin necə vergiyə cəlb edilməsi suallara səbəb olur.
Evdə fərdi qaydada repetitorluq fəaliyyəti göstərmək üçün hansı hüquqi tələblər var?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda evdə fərdi qaydada repetitorluq fəaliyyəti göstərilməsi sahibkarlıq fəaliyyəti kimi rəsmiləşdirilməlidir.
Onun sözlərinə görə, bu fəaliyyətlə məşğul olan şəxs dərs deməyə başlamazdan əvvəl vergi uçotuna alınaraq VÖEN əldə etməlidir:
“Fərdi qaydada repetitorluq üçün ayrıca lisenziya və ya xüsusi icazənin alınması, bir qayda olaraq, tələb olunmur; belə fəaliyyət təhsil müəssisəsinin yaradılması ilə eyniləşdirilməməlidir. Repetitorluq fəaliyyətindən əldə olunan gəlir seçilmiş vergitutma rejiminə uyğun olaraq vergiyə cəlb edilir. Əhaliyə repetitorluq xidməti göstərən fərdi sahibkar üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər daxilində sadələşdirilmiş vergi rejiminin tətbiqi mümkündür və bu halda vergi əldə olunan hasilatın 2 faizi məbləğində hesablanır”.
Hüquqşünas qeyd edib ki, vergi öhdəliyindən əlavə, fərdi sahibkarın məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyi də yaranır:
“Beləliklə, evdə fərdi repetitorluq fəaliyyətinin qanuni aparılması üçün əsas tələb vergi uçotuna alınmaq, VÖEN əldə etmək və yaranan vergi və sosial sığorta öhdəliklərini vaxtında yerinə yetirməkdir”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Evdə fərdi qaydada repetitorluq fəaliyyəti göstərmək üçün hansı hüquqi tələblər var?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda evdə fərdi qaydada repetitorluq fəaliyyəti göstərilməsi sahibkarlıq fəaliyyəti kimi rəsmiləşdirilməlidir.
Onun sözlərinə görə, bu fəaliyyətlə məşğul olan şəxs dərs deməyə başlamazdan əvvəl vergi uçotuna alınaraq VÖEN əldə etməlidir:
“Fərdi qaydada repetitorluq üçün ayrıca lisenziya və ya xüsusi icazənin alınması, bir qayda olaraq, tələb olunmur; belə fəaliyyət təhsil müəssisəsinin yaradılması ilə eyniləşdirilməməlidir. Repetitorluq fəaliyyətindən əldə olunan gəlir seçilmiş vergitutma rejiminə uyğun olaraq vergiyə cəlb edilir. Əhaliyə repetitorluq xidməti göstərən fərdi sahibkar üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər daxilində sadələşdirilmiş vergi rejiminin tətbiqi mümkündür və bu halda vergi əldə olunan hasilatın 2 faizi məbləğində hesablanır”.
Hüquqşünas qeyd edib ki, vergi öhdəliyindən əlavə, fərdi sahibkarın məcburi dövlət sosial sığorta haqqı ödəmək öhdəliyi də yaranır:
“Beləliklə, evdə fərdi repetitorluq fəaliyyətinin qanuni aparılması üçün əsas tələb vergi uçotuna alınmaq, VÖEN əldə etmək və yaranan vergi və sosial sığorta öhdəliklərini vaxtında yerinə yetirməkdir”.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:Vəfat edən şəxsin borclarını kim ödəməlidir? Hüquqşünas açıqladı
21 Aprel 2026 14:39
Alimenti ata ödəməlidir deyə bir anlayış yoxdur Hüquqşünas
20 İyun 2025 13:01
Kuryer işləyənlər nə qədər vergi ödəməlidir?
17 Mart 2026 13:30
Mağazada təsadüfən qırılan məhsulun pulunu müştəri ödəməlidir? HÜQUQŞÜNAS DANIŞDI
15 Sentyabr 2026 10:33
Kəsim zamanı qaçan heyvanın vurduğu zərəri kim ödəməlidir? HÜQUQŞÜNAS DANIŞDI
21 Sentyabr 2026 15:06
Baxış sayı:194
Bu xəbər 22 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















