Icma.az
close
up
RU
Evdə əşyaların anidən yoxa çıxmasının səbəbi bu imiş İNACLARA GÖRƏ

Evdə əşyaların anidən yoxa çıxmasının səbəbi bu imiş İNACLARA GÖRƏ

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Açarların davamlı olaraq itməsini və ya göz önündə olan əşyaların qəfil yoxa çıxmasını çoxları adi diqqətsizlik kimi qəbul edir. Lakin bu hal sistemli xarakter aldıqda, gündəlik unutqanlıqla mistik təsəvvürlər arasındakı sərhəd getdikcə silinir. Mütəxəssislər bildirirlər ki, əşyaların tez-tez itməsinin səbəbi təkcə unutqanlıqla izah olunmur. Bu vəziyyət bəzən bioenergetika, feng-şuy prinsipləri və ya qədim xalq inancları ilə əlaqələndirilir.

Lent.az xəbər verir ki, inanclara görə, evdə tez-tez baş verən qarışıqlıq və əşyaların itməsinin əsas səbəblərindən biri mənfi enerjinin yığılmasıdır. Bu, evə xoşagəlməz insanların tez-tez gəlməsi və ya ev sakinlərindən birinin digərlərinin enerjisini tükətməsi ilə bağlı ola bilər.

Eyni zamanda, evdə yığılıb qalmış köhnə və lazımsız əşyalar da mənfi enerjini cəlb edir. Belə hallarda “enerji təmizliyi” aparmaq tövsiyə olunur.

Psixoloji səbəblər

Psixoloqların fikrincə, insanın düşüncələri onun davranışlarına birbaşa təsir edir. Depressiya, davamlı stress və ailədaxili münaqişələr insanın diqqətini zəiflədir. Nəticədə o, açarını və ya pul kisəsini hara qoyduğunu xatırlamır, bəzən də əşyaları təsadüfən sındırır və ya itirir.

Bu cür hallarda mütəxəssis psixoloqa müraciət etmək tövsiyə edilir.

Mistiki izahlar

Qədim inanclara görə, evdə əşyaların itməsinin səbəbi “ev ruhu” ilə əlaqələndirilir. Davamlı mübahisələr və evə laqeyd münasibət bu ruhu narahat edə bilər. Nəticədə o, ev sahiblərinə “dərs vermək” məqsədilə müxtəlif xırda problemlər yaradır və əşyaların itməsinə səbəb olur.

Xalq inancları nə deyir?

Qələm itirmək – hər hansı bir məsələnin sizin müdaxiləniz olmadan həll olunacağına işarədir.

Zinət əşyası (üzük, sırğa və s.) itirmək – onu hədiyyə edən şəxslə mübahisə ehtimalını göstərir. Əgər zinət əşyasını özünüz almısınızsa, bu, həyatınızda çətin dövrün başlaya biləcəyinə işarə sayılır.

Açarları evdə itirmək – yorğunluq və tək qalmaq ehtiyacının göstəricisidir. Evdən kənarda açar itirmək isə həyatınızdan narazılıq və depressiya riskinə işarə edə bilər.

Geyim əşyası (məsələn, əlcək) itirmək – sizi uzun müddətdir narahat edən bir problemdən qurtulacağınıza işarədir.

Pul itirmək – xırda məbləğin itməsi münasibətlərdə və ya işlərdə problemlərə xəbərdarlıqdır. Böyük məbləğin itməsi isə əksinə, çətin dövrün bitməsi və sevindirici hadisələrin yaxınlaşması kimi yozulur.

Mütəxəssislər bildirirlər ki, əşyaların tez-tez itməsinin əsas səbəblərindən biri onların üçün xüsusi yerlərin olmamasıdır. İnsanlar evə daxil olduqdan sonra əşyaları harada gəldi qoyur və gündəlik qayğılar səbəbindən bunun harada olduğunu tez unudurlar.

Bu səbəbdən mütəxəssislər hər bir əşya üçün ayrıca yer müəyyən etməyi və bu qaydaya əməl etməyi tövsiyə edirlər. Bu, həm vaxt itkisini azaldır, həm də gündəlik stressin qarşısını alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri