Icma.az
close
up
RU
Müşfiq Xanın itkin düşən oğlunun yoxa çıxmasının SƏBƏBİ KONKRET

Müşfiq Xanın itkin düşən oğlunun yoxa çıxmasının SƏBƏBİ KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Oğlum evdən gedəndə məktub yazıb qoymuşdu. Məktubunda deyirdi ki, dərslərdən yorulub, artıq onlar onu sıxır”.

KONKRET.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında tanınmış naşir Müşfiq Xan deyib.

Ötən gün oğlunun evdən qaçmasının ardınca yaşanan hadisələrdən danışan naşir qeyd edib ki, hazırda oğlu 10-cu sinifdə oxuyur və I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşır:

“Bizim evdə təxminən dörd ay əvvəl yanğın olmuşdu, hələ də biz öz evimizdə yaşamırıq. Evdə təmir işləri gedir.

Dünən, uşağın itməsi ilə bağlı müraciətdən sonra, Daxili İşlər Nazirliyinin 16, 20 və 40-cı polis bölmələrində çalışan əməkdaşlar, təhlükəsiz şəhər kameralarını bir-bir izləyərək, onun hansı istiqamətdə getməsini müəyyənləşdirmək üçün əllərindən gələni etdilər”, – deyə M.Xan bildirib.

M.Xan bildirib ki, oğlunu “İnqilab” deyilən ərazidə (H.Əliyev küçəsi) bir hosteldən tapıblar.

“Planlaşdırıb ki, gedib başlanğıc kimi bir dönərxanada filan işləyəcəyəm, sonra da bacardığım hansı işlər olarsa, işləyərəm. Özü pul qazanmağa həvəsli uşaqdır. Sadəcə, yaşı az olduğu üçün, mən işləməyə icazə vermirəm ki, indi sənin vəzifən dərs oxumaqdır”.

Niyə məhz o hostelə getməsi məsələsinə gəlincə isə naşir qeyd edib ki, oğlu əslində başqa hostelə getməli imiş, amma şəhəri yaxşı tanımadığı üçün və hadisədən bir gün əvvəl smartfonu onun əlindən aldığı üçün həmin ünvanı tapa bilməyib:

“Mən bir gün əvvəl smartfonu ondan götürüb yerinə adi, sadə telefon vermişdim. Gedəndə o telefonu götürməyib, şəhəri də yaxşı tanımır deyə başqa bir hostelə gedib. Həmin hosteldə də əsasən tələbə-gənclər, işləyənlər, təhsil alanlar qalır. Evdən anasından 200 manat civarında pul da götürüb və düşünüb ki, günə 10 ya 15 manat ödəyib qalacaq orada. Şəxsiyyət vəsiqəsini belə götürməmişdi”, – deyə naşir bildirib.

“Yeniyetmə olduğunu gördükləri halda niyə hosteldə heç kim ailəsinə xəbər verməyib” sualına gəlincə, naşir bildirib ki, buna cəhd ediblər, amma oğlu razı olmayıb:

“Hosteldə məcbur ediblər ki, valideynlərinin nömrəsini ver, zəng edib xəbər verək. Etiraz edib, verməyib nömrəni.

Daha sonra isə həmin hosteli icarəyə götürən şəxs sosial şəbəkədə paylaşımları və şəklini görüb, nömrələrimi görüb mənə zəng edib. Həmin vaxt mən polis idarəsində idim. 16-cı polis bölməsindən böyük monitorlu izləmə yerinə getmişdik.

Zəng edən adam bir az ehtiyatlı danışırdı, istəyirdi bilsin ki, evdə hər hansı narazılıq olubmu, olmayıbmı. Yəqin fikirləşib ki, bəlkə evdə incidiblər deyə uşaq evdən qaçıb. Onu əmin etdim ki, evlə bağlı heç bir problemi yoxdur və ola da bilməz. Sonra telefonu polis əməkdaşı götürüb həmin adamla danışdı, adam dedi ki, narahat olmayın, uşaq yatıb, rahat yerdədir. Sabah gəlib götürərsiniz. Sabaha saxlamaq olmazdı təbii ki. Biz getdik həmin yerə və təxminən gecə saat ikidə uşağı götürdük, gətirdik evə.”

Naşir açıqlamasında onu da vurğuladı ki, hazırda oğlunun vəziyyəti yaxşıdır:

“Deyir özüm məqsədli şəkildə çıxmışdım. Hətta TŞ kameralarına düşməsin deyə, həmişə başıaçıq gəzən uşaq başına yun papaq, onun da üstündən gödəkcənin papağını qoyub ki, kameralarda görünməsin”.

Sonda Müşfiq Xan ötən gün yaşadığı hadisədə ona dəstək olan hər kəsə təşəkkür etməyi də unutmadı:

“Mən dünən bizim problemi işıqlandıran bütün mətbuat nümayəndələrinə, sosial şəbəkə istifadəçilərinə və uşağın tapılması üçün əlindən gələni edən polis əməkdaşlarına təşəkkür etmək istəyirəm. Çünki onlar olmasa idi, uşağı tapmaq o qədər də asan olmayacaqdı”, – deyə M.Xan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri