Evdə hazırlanan popkorn niyə kinoteatrdakı kimi olmur? Səbəbi məlum oldu
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Kinoteatr salonlarında satılan güclü kərə yağı qoxulu, əlavə xırtıldayan popkornun sirri illərdir maraq doğurur. Evdə hazırlanan popkorn isə çox zaman ya yumşaq olur, ya da qısa müddətdə boyatlayaraq film zövqünü yarımçıq qoyur. Üstəlik, eyni qarğıdalı istifadə olunsa belə, dad fərqi açıq şəkildə hiss edilir. Bəs evdə hazırlanan popkorn niyə kinoteatrdakı kimi olmur?
Demokrat.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bunun səbəbi yalnız istifadə olunan qarğıdalı deyil. Yağ seçimi, bişirmə temperaturu və tətbiq olunan kiçik texniki detallar nəticəni tamamilə dəyişir. Xüsusilə kinoteatrlarda istifadə olunan bəzi üsullar popkornun daha iri, daha xırtıldayan və daha aromatik olmasını təmin edir.
Evdə hazırlanan popkornun kinoteatrdakı qədər xırtıldayan olmamasının əsas səbəblərindən biri aşağı temperaturda bişirilməsidir. Bir çox insan qarğıdalıları yavaş-yavaş qızdırarkən, əslində içindəki nəmin xaric olmasına səbəb olur. Bu isə qarğıdalıların sərtləşməsinə və ya qısa müddətdə yumşalmasına gətirib çıxarır. Mütəxəssislər qazanın əvvəlcədən yaxşıca qızdırılmalı olduğunu bildirirlər.
Digər mühüm fərq isə yağ seçimidir. Kinoteatrlarda adətən yüksək temperatura davamlı və əlavə aroma verən xüsusi yağlardan istifadə olunur. Evdə isə bir çox insan zeytun yağı və ya kərə yağını birbaşa əlavə edir.
Lakin kərə yağı yüksək temperaturda tez yandığı üçün popkornun xırtıldayanlığını azalda bilər. Bunun əvəzinə əvvəlcə neytral yağda partlatmaq, daha sonra əridilmiş kərə yağı əlavə etmək daha uğurlu nəticə verir.
Popkornun qazanda uzun müddət saxlanılması da böyük səhv hesab olunur. Partlatma prosesi bitdikdən sonra qapağın bağlı qalması içəridə buxar yaradır və qarğıdalılar qısa müddətdə yumşalır.
Mütəxəssislər ocaq söndürüldükdən dərhal sonra popkornun geniş bir qaba boşaldılmasını tövsiyə edirlər.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:AQTA: Gəncə və Samuxdakı kütləvi zəhərlənmələrin səbəbi evdə hazırlanan lavaşdır
16 İyul 2026 11:59
Evdə tək filminin ulduzu Ketrin OHaranın ölüm səbəbi məlum oldu
10 Fevral 2026 12:50
Tox olsaq belə niyə desertdən imtina etmək olmur Səbəbi məlum oldu
27 Dekabr 2025 18:23
“İkinci çörək” niyə bahalaşıb? Səbəbi məlum oldu
11 Mart 2025 12:03
Mbappenin xəstəliyinin səbəbi məlum oldu
09 İyul 2025 15:30
Baxış sayı:221
Bu xəbər 19 May 2026 18:06 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları