Icma.az
close
up
RU
Evdə ölümdən necə qurtulaq? Həkim gələnə qədər...

Evdə ölümdən necə qurtulaq? Həkim gələnə qədər...

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay mövsümündə zəhərlənmə hallarına daha çox rast gəlinir. 

İnsanlar zəhərlənmə zamanı çox vaxt baş ağrısı, halsızlıq, qusma kimi hallarla üzləşirlər. Belə vəziyyətlərdə ən vacib məqam həkim gələnə qədər evdə görülən sadə tədbirlərlə xəstənin vəziyyətini nəzarət altında saxlamaqdır. Bəs həkiməqədər xəstənin vəziyyətini yüngüllləşdirmək üçün hansı tədbirlər görülə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən həkim Adil Qeybulla bildirdi ki, qidaların tərkibindəki əlavə maddələr zəhərlənməyə səbəb ola bilir:

“İnsanların sağlamlığında düzgün qidalanma əsas şərtlərdən biridir.

Hər gördüyümüz yeməyi dadmaq arzusu isə bəzən ciddi fəsadlara yol aça bilər. Kafelərdə saxlanma müddəti keçmiş və ya düzgün şəraitdə qorunmamış fastfud məhsulları mədə-bağırsaq problemlərinə səbəb olur. Xüsusilə mədə turşuluğu zəif olan insanlarda qida zəhərlənməsi və toksik infeksiyalar daha çox rast gəlinir”. 

O bildirib ki, qida zəhərlənməsinin əsas iki səbəbi var:

“Birincisi, meyvə-tərəvəzlərdə və digər məhsullarda istifadə olunan kimyəvi gübrə və qatqılar, ikincisi isə qidalarda qalan mikroblar və onların toksinləridir”. 

Onun sözlərinə görə, bəzi qidaların keyfiyyətsiz olması ilk baxışdan hiss olunur: 

“Ev şəraitində hazırlanan turşular, mürəbbələr və digər konservlərdə qapağın qalxması, rəng və dad dəyişikliyi məhsulun yararsız olduğunu göstərir. Eyni zamanda, bayat yeməklər də rəngi və qoxusuna görə seçilməli, vaxtında onlardan imtina olunmalıdır. 

Bütün bunlar çox vaxt insanların diqqətsizliyi və bəzi işbazların məsuliyyətsiz davranışı nəticəsində baş verir. Nəzarət tədbirlərinə baxmayaraq, keyfiyyətsiz qidaların bazara çıxarılması halları da müşahidə olunur. Unutmaq olmaz ki, qida təhlükəsizliyi yalnız insanların sağlamlığı üçün deyil, həm də milli təhlükəsizlik konsepsiyasının vacib hissəsidir”. 

Həkim qeyd edib ki, zəhərlənmə zamanı ilkin müdaxilə çox vacib sayılır: 

“Zəhərlənmə hallarında həkiməqədər ilk yardım həyati əhəmiyyət daşıyır. Burada əsas iki istiqamət ön plana çıxır: zərərverici amilin təsirini dayandırmaq və zəhərli maddənin orqanizmə daha çox sovrulmasının qarşısını almaq. Məsələn, suda boğulan şəxs dərhal sudan çıxarılmalı, gün vuran insan kölgəli və sərin yerə aparılmalıdır. 

Qida və ya digər maddələrdən zəhərlənmə zamanı xəstənin yediklərini qaytarmasına çalışmaq vacibdir. Ağır hallarda isə oksigen verilməsi, ürək döyüntülərinin bərpası kimi reanimasiya tədbirləri görülməlidir. Eyni zamanda, dərhal təcili tibbi yardım çağırılmalı və digər bütün addımlar yalnız həkim nəzarəti ilə aparılmalıdır. 

Zəhərlənmənin qarşısını almağın ən yaxşı yolu profilaktikadır. Toy, yas və digər kütləvi tədbirlərdə tez-tez qida zəhərlənmələri baş verir və bəzən faciə ilə nəticələnir. İlk yardımın təsiri hər zaman kifayət etmir, buna görə də diqqətli olmaq, keyfiyyətsiz və şübhəli qidalardan uzaq durmaq ən düzgün yoldur”.

Gülər 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri