Parlaq gələcək üçün ağ ölümdən qurtulaq adlı layihə keçirildi FOTOLAR
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilkatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə ərsəyə gələn İctimai Həyatda Gənclərə Dəstək ictimai birliyinin "Parlaq gələcək üçün ağ ölümdən qurtulaq" adlı layihəsi həyata keçirilib.
AZXEBER.COM xəbər verir ki, layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında yayılmaqda olan zərərli vərdişlərin istifadəsinin azaldılmasına nail olmaqdır. Uşaqların ən çox məktəb həyatında formalaşdıqları hər kəsə məlumdur. Məhz məktəb həyatında sabahın vətəndaşları gələcəkdə cəmiyyətdə hansı yola üz tutacaqlarını müəyyənləşdirirlər.
Çünki evdəki mikromühitdən fərqli olaraq, burdakı məktəb həyatı daha geniş insan çevrəsini əhatə edir. Əksər vaxtlarda narkotik alverçiləri, məhz məktəbliləri hədəf olaraq seçirlər. Çünki hələ gözləri həyata təzəcə açılan, yaxşı ilə pisi bir-birindən hələ ayırd edə bilməyən yeniyetmə və gənclər, narkotik alverçilərinin toruna asanlıqla düşə bilirlər. Çox təəssüf ki, son vaxtlar məktəblilər arasında narkomaniyaya olan marağın artması narkotik alverçilərinin məktəb həyətlərinə "yol açmaları”na səbəb olur. Ona görədə belə marifləndirici tədbirlər məhz məktəblərdə keçirilməlidir.
Layihə çərçivəsində Qazax rayonunun 5 orta məktəbində tədbir baş tutdu bu mıktəblər Birinci Şıxlı kənd M.Həsənov adına tam orta məktəbi, İkinci Şıxlı kənd V. Musayev adina tam orta məktəbi, Sarıvəlli kənd Ş. Nəsibova adına tam orta məktəbi, Dəmirçilər kəndi E.Qurbanov adına tam orta məktəbi və Kosalar kənd İ.Şıxlı adına kənd orta məktəbidir. Hər məktəbdə 60 nəfərə yaxın məktəbli iştirak etdi. Ümumulikdə 300 nəfərə yaxın məktəbli faydalanıb.
Tədbirlərdə iştirakçılara narkotik vasitələrdən və zərərli maddərərdən uzad durmağı və eyni zamanda narkotacirlərdə uzaq durmağı tövsiyə olundu. Layihə rəhbəri Vüsalə Süleymanova və tədbir iştirakçıları arasında yaranan dialoq zamanı məktəblilər arasında siqaretə və elektiron qəlyana meyl edənlərin olduğu məlum oldu. Həmin məktəblilərlə aparılan danışılar aparıldı və hər iki zərərli maadədən uzaq durmaqları tövsiyə edilib.








