Icma.az
close
up
RU
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey

Evdə panik atak və stressə səbəb ola biləcək beş şey

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ev insanın dincəldiyi və güc topladığı məkan olmalıdır. Lakin gündəlik həyatda diqqət yetirmədiyimiz bəzi əşyalar və şərait rahatlaşmağımıza mane ola bilər. Dağınıqlıq, səs-küy və həddindən artıq parlaq işıq bunların sırasındadır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 8886 nəfərin iştirak etdiyi araşdırmada ev şəraitinin xüsusiyyətləri ilə narahatlıq səviyyəsi arasında əlaqə müəyyənləşdirilib. Buraya səs-küy, işıqlandırma və insanın özünü təhlükəsiz hiss etməsi də daxildir.

Dağınıqlıq yarımçıq işləri xatırladır

Masanın üzərində yığılan əşyalar, stullara atılan paltarlar və yerinə qoyulmayan kağızlar daim göz önündə olur. Belə bir mənzərə görüləsi işləri xatırladaraq rahatlaşmağı çətinləşdirə bilər.

Kaliforniya Universitetinin Los-Anceles kampusunda aparılan araşdırmada da evdəki dağınıqlığın necə qəbul edilməsi ilə stress göstəriciləri arasında əlaqə aşkarlanıb. “Journal of Environmental Psychology” jurnalında 2025-ci ildə dərc olunan başqa bir tədqiqatda isə evdə daha çox dağınıqlıq psixoloji rifahın daha aşağı olması ilə əlaqələndirilib.

Bunun üçün bütün evi bir gündə təmizləmək lazım deyil. Əvvəlcə daim gözünüzün qarşısında olan masa, rəf və digər səthləri səliqəyə salmaqla başlaya bilərsiniz.

Axşam saatlarında parlaq işıq

Axşam həddindən artıq parlaq işıq orqanizmin istirahətə keçməsini çətinləşdirə bilər. Soyuq ağ işıq və yataq otağında daim yanan lampalar xüsusilə diqqət tələb edir.

Ev şəraitini araşdıran tədqiqatlarda gecə işıqlandırması ilə psixoloji gərginlik və yuxunun keyfiyyəti arasında əlaqələr göstərilib.

Axşamlar bütün otağı güclü işıqlandırmaq əvəzinə, yumşaq işıq verən kiçik lampalardan istifadə etmək, yatarkən isə otağı mümkün qədər qaranlıq saxlamaq məsləhət görülür.

Öyrəşdiyiniz səs-küy də yorucu ola bilər

Daim açıq qalan televizor, səsli işləyən məişət texnikası, küçədən və ya binanın girişindən gələn səslər gərginlik mənbəyinə çevrilə bilər. Bu səslərə öyrəşmək onların təsirinin tam aradan qalxması demək deyil.

2025-ci ildə aparılan sistematik elmi icmalda səs-küyün yaratdığı narahatlıq və yuxu pozuntularının evdəki səs-küylə psixi sağlamlığa mənfi təsirlər arasında mühüm rol oynaya biləcəyi qeyd olunub.

Evdə ən azı bir otaqda, xüsusilə yataq otağında sakit mühit yaratmaq faydalıdır.

İş əşyalarının istirahət yerində qalması

Noutbuk, sənədlər və digər iş materialları daim göz önündə olduqda işdən fikrən uzaqlaşmaq çətinləşir. Bu hal xüsusilə evdən işləyənlər üçün aktualdır.

Ayrıca iş otağınız yoxdursa, iş günü bitdikdən sonra noutbuku və sənədləri yığışdırmaq kömək edə bilər. Beləcə, istirahət etdiyiniz məkan sizə davamlı olaraq işi xatırlatmaz.

Xoşagəlməz xatirələr oyadan əşyalar

Köhnə bir əşya, münasibətlərinizin pozulduğu şəxsin hədiyyəsi və ya çətin dövrü xatırladan bir predmet güclü emosiyalar yarada bilər.

Burada əsas məsələ əşyanın özü deyil, sizdə oyatdığı xatirə və hisslərdir. Hər dəfə ona baxanda qıcıqlanır, narahat olur və ya kədərlənirsinizsə, həmin əşyanı göz önündə saxlamağa ehtiyac olub-olmadığını düşünmək olar.

Onu dərhal atmaq məcburiyyətində deyilsiniz. Başqa yerə qoymaq və bir müddət göz önündən uzaqlaşdırmaq da seçimdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Oktyabr 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri