Icma.az
close
up
RU
Evdə stress yaradan 5 şey

Evdə stress yaradan 5 şey

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 8886 nəfərin iştirak etdiyi araşdırma göstərib ki, ev mühitinin səs-küy, işıqlandırma və təhlükəsizlik hissi kimi xüsusiyyətləri narahatlıq səviyyəsi ilə əlaqəli ola bilər. Psixoloqlar buna görə yalnız düşüncə və vərdişlərə deyil, hər gün vaxt keçirdiyiniz ev mühitinə də diqqət yetirməyi məsləhət görürlər.

Dağınıqlıq və yarımçıq işləri xatırladan əşyalar

Masadakı əşya yığınları, stulların üzərində qalan paltarlar, kağızlar və artıq istifadə olunmayan əşyalar daimi vizual qarışıqlıq yaradır. Bu isə insanın beyninə əlavə stimul verərək stressi artıra bilər. UCLA-nın araşdırmalarında da evdəki dağınıqlığın stress göstəriciləri ilə əlaqəli olduğu müəyyən edilib.

2025-ci ildə aparılan başqa bir araşdırmada isə evdə daha çox dağınıqlığın psixoloji rifahın aşağı olması ilə əlaqəsi göstərilib. Bunun üçün bütün evi bir anda təmizləmək vacib deyil. İlk növbədə daim göz önündə olan səthləri səliqəyə salmaq kifayətdir.

Çox parlaq və soyuq işıq

Axşam saatlarında həddindən artıq parlaq işıq orqanizmin istirahət rejiminə keçməsinə mane ola bilər. Xüsusilə yataq otağında soyuq ağ işığın və güclü lampaların daim yanması rahatlamağı çətinləşdirir.

Araşdırmalar gecə işıqlandırılması ilə psixoloji gərginlik və yuxunun keyfiyyəti arasında əlaqə olduğunu göstərir. Axşam saatlarında daha yumşaq, lokal işıqlandırmadan istifadə etmək, yataq otağını isə mümkün qədər qaranlıq saxlamaq tövsiyə edilir.

Daimi səs-küy

Televizorun səsi, məişət texnikasının gurultusu, küçədən və ya blokdan gələn səslər zamanla adiləşsə də, orqanizm üçün fon gərginliyi yarada bilər. 2025-ci ildə aparılan sistemli araşdırmalardan biri göstərib ki, səs-küyün yaratdığı narahatlıq və yuxu pozuntuları psixi sağlamlığa mənfi təsirlərlə əlaqəli ola bilər. Buna görə evdə ən azı bir otağın, xüsusilə yataq otağının mümkün qədər sakit olması məsləhətdir.

İstirahət zonasındakı iş masası və noutbuk

Kompüter, sənədlər və digər iş materialları daim göz önündə olduqda beynin həmin məkanı istirahət yeri kimi qəbul etməsi çətinləşə bilər. Bu, xüsusilə evdən işləyən insanlar üçün aktualdır. Ayrı iş otağınız yoxdursa, iş bitdikdən sonra noutbuku, sənədləri və digər iş əşyalarını heç olmasa göz önündən yığışdırmaq faydalı ola bilər.

Pis xatirələri yada salan əşyalar

Keçmişdə yaşanan çətin dövrü, xoşagəlməz münasibəti və ya mənfi emosiyaları xatırladan əşyalar insana güclü emosional təsir göstərə bilər. Burada söhbət həmin əşyanın birbaşa panik ataka səbəb olmasından getmir.

Əsas məsələ onun insanda hansı assosiasiyalar yaratmasıdır. Əgər hansısa əşya sizdə hər dəfə narahatlıq, qıcıqlanma və ya xoşagəlməz xatirələr yaradırsa, onun evdə qalmasının həqiqətən vacib olub-olmadığını düşünmək olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri