Icma.az
close
up
RU
Evdə pul saxlayanların diqqətinə Məbləği belə artıra bilərsiniz

Evdə pul saxlayanların diqqətinə Məbləği belə artıra bilərsiniz

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi mayın 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000, 1400, 1190, 307, 248, 220, 198, 166, 149, 100, 100, 70, 64, 53 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, telefonla bank kartlarına yönələn istəklər dələduzluqdur:

“Onlayn cinayət davam edən və artan kiber təhlükədir. Şübhəli xarici “WhatsApp” zəngləri və mesajları vasitəsilə cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflər, satış üzrə beh ödənişləri dələduzluqdur. Bu zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalı, təkliflərdən imtina edilməlidir. Bank kartı sahibləri diqqətli olmalıdır, çünki onlayn təhlükə var” .

Ümumiyyətlə bank kartlarından pul çəkilmə halları günbəgün artır.

Bu məsələdə isə ən böyük günahkar kart sahibləridir. Onlar sahib olduqları bank kartlarının məxfi məlumatlarını bilərəkdən və yaxud bilməyərəkdən dələduzlara verməklə qurbana çevrilirlər.

Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, kartlardan pulların çəkilməsi ilə mübarizədə mətbuat və hüquq mühafizə orqanları çox iş görür:

“Bu məsələdə hər iki sahənin əməkdaşları faydalı fəaliyyətə görə bank sektorunu kölgədə qoyur. Nəzərə alaq ki, məsələ ilə bağlı banklar heç də istənilən səviyyədə təbliğat aparmırlar.

Bütün çağırışlara, xəbərdarlıqlara rəğmən hər gün bank kartlarından böyük ölçüdə pullar oğurlanır. Bu məsələdə isə məsuliyyət 99 faiz vətəndaşın üzərinə düşür. Vətəndaşa gələn şirnikləndirici mesaja və zəngə görə bir çox vətəndaşlar çox asanlıqla fırıldaqçıların qurbanına çevrilir. Axı, iştirakçısı olmadığın bir yarışmanın necə qalibi ola bilərsən?

Hələ onu demirəm ki, yaxınlarının adıyla zəng edib onlardan pul istəyirlər və yaxud pul göndərməyi vəd edirlər. Təbii ki, müştərisi olduğun bankın da adından zənglər olur. Amma bütün hallarda vətəndaş gələn zənglərə inanmamalı, onu araşdırmalı və sonra qərar verməlidir. Ən əsası şirnikləndirici və təhdidedici zənglərə inanmamaq lazımdır”.

Bəs, pullarımız üçün ən təhlükəsiz yer haradır?

Müsahibimiz deyir ki, pulları saxlamaq üçün ən sərfəli və etibarlı yer banklardır:

“Banklarda açılmış xüsusi hesablarda pul saxlamaq daha yaxşıdır. Çünki həmin vəsait ilk növbədə sığortalanır. İkincisi isə qoyulan əmanətə illik faiz hesablanır. Eyni zamanda bank hesabından pul çəkilməsi kifayət qədər çətindir. Doğrudur, bank kartları da etibarlıdır. Məsələn 15 ildir ki, bütün ailə üzvlərimiz bank kartlarından istifadə edir. Ötən 15 ildə heç bir fırıldaqçılıqla üzləşməmişik. Halbuki dələduzlar bizə də zəng edib gah şirnikləndirici vəd veriblər, gah da kartın gizli məlumatlarını əldə etmək üçün müxtəlif fikirlər səsləndiriblər. Lakin biz belə mesajlara və zənglərə heç zaman reaksiya verməmişik.

Çox təəssüf ki, bəzi insanlar öz sadəlöhvlükləri və yaxud tamahları ucbatından dələduzların toruna düşüblər. Və qurbana çevrildikdən sonra da kimlərisə günahkar çıxartmağa çalışırlar. Unutmayaq ki, heç bir bank istəməz ki, müştərisi ziyan görsün. Amma bankın imkanı yoxdur ki, hər müştərinin yanında bir nəzarətçi saxlasın. Bu məsələdə bütün məsuliyyət kart sahibinindir. Vəssalam!”.

Qeyd edək ki, Azərbaycanda illik faiz dərəcəsinin yuxarı həddi 12 faizdədək olan bank əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see283

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see230

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see200

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see191

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see176

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see175

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see157

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see146

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see139

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see135

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see134

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see126

Nurşən Quliyevə ağır itki

29 Sentyabr 2025 14:51see126

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see126

Tahir İmanov sosial şəbəkələrdə yayılan erotik şəkillərindən danışdı (FOTO)

29 Sentyabr 2025 14:35see126

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri