Icma.az
close
up
RU
Evdə heyvan saxlayanların DİQQƏTİNƏ!

Evdə heyvan saxlayanların DİQQƏTİNƏ!

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Valideynlər evdə heyvan saxlamaq qərarına gəlirlərsə, bu, çox məsuliyyətli qərardır və yaxşı düşünülməlidir. Nəyə görə? Çünki bu, ilk növbədə ailəyə və uşaqlara qarşı, eyni zamanda heyvana qarşı məsuliyyətdir. Heyvanın sağlamlığını qorumaq isə çox vacib şərtdir. Çünki onun sağlamlığını qorumaqla siz ailənizin də sağlamlığını qoruyursunuz".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində keçirilən canlı yayım zamanı uşaqların gigiyenasından danışan Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova bildirib.

Həkim vurğuladı ki, evdə heyvan saxlanılması uşağın psixoloji inkişafına müsbət təsir göstərir:

"Bu, uşaqlarda emosional inkişafı dəstəkləyir, empatiya, məsuliyyət və mərhəmət hisslərinin formalaşmasına kömək edir. Lakin bəzi hallarda allergik reaksiyalar da yarana bilər. Bu səbəbdən ilk növbədə heyvanın sağlamlığına və gigiyenasına diqqət yetirilməlidir. Heyvanın bütün peyvəndləri vaxtında vurulmalıdır. Həmçinin mütəmadi olaraq qurdqovucu və antiparazitar müalicələr aparılmalıdır. Uşağın heyvanla təmasdan sonra əllərini yumasına da mütləq nəzarət etmək lazımdır. Heyvanın yemək və qum qabları uşağın əli çatmayan yerdə saxlanılmalıdır. Çünki xüsusilə qumla təmas nəticəsində bəzi parazitlərlə yoluxma baş verə bilər. Bundan əlavə, evdə ümumi gigiyena qaydalarına əməl olunmalı, heyvan tükləri mütəmadi təmizlənməli, nəm təmizləmə tez-tez aparılmalıdır. Bəli, bəzi uşaqlarda allergiya yarana bilər. Allergiyanın ən effektiv müalicə üsulu isə allergenlə təması aradan qaldırmaqdır. Bu, emosional baxımdan çətin qərar olsa da, bəzi hallarda zəruri ola bilər. Amma maraqlıdır ki, bəzi elmi tədqiqatlar göstərir ki, evdə heyvan saxlanılması bəzi uşaqlarda əksinə, immun sisteminin formalaşmasına müsbət təsir edir və allergik xəstəliklərin yaranma riskini azalda bilir. Yəni bu məsələ hər uşaqda fərdi şəkildə qiymətləndirilməlidir".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see384

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see331

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see272

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see272

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see266

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see250

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see242

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see225

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see209

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see198

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see195

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see193

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see192

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see190

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see183

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see178

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see178

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see173

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri