Evdə tək filminin ulduzu Makoley Kalkin pərəstişkarlarına ona yaxınlaşmağı qadağan etdi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Ən məşhur milad filmlərindən biri olan "Evdə tək" filminin ulduzu Makoley Kalkin pərəstişkarları üçün qaydalar hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
"Yemək süfrəsi arxasında mənə yaxınlaşmayın. Bu mənim xoşuma gəlmir. Uşaqların yanında olanda mənə yaxınlaşmayın", - deyə Kalkin bildirib.
O həmçinin əlavə edib ki, ayaqyoluya onun arxasınca getmək qəti qadağandır.
Aktyor pərəstişkarlarını ailəsi ilə vaxt keçirən zaman ona yaxınlaşmamağa çağırıb.
Xatırladaq ki, Kris Kolambusun "Evdə tək" filmi 1990-cı ildə ekranlara çıxıb və bütün zamanların ən çox gəlir gətirən komediya filmi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Makoley Kalkin həmin filmdə evdə tək qalan "Kevin Makkallister" rolunu oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 31 Dekabr 2025 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















