Icma.az
close
up
RU
Evdəkilər nə iş gördüyümü bilsəydilər, burnumdan gətirərdilər Qumar milyonçuları nın MƏHKƏMƏSİ

Evdəkilər nə iş gördüyümü bilsəydilər, burnumdan gətirərdilər Qumar milyonçuları nın MƏHKƏMƏSİ

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Nemət Qurbanov Elmidar İsmayılzadənin vasitəsilə işə qoşulduğunu deyib: "Mən 2024-cü ilin fevralında şəhərə gəldim, martda işə başladım. Sentyabrın 2-də gecə Masazırda tutulmuşam. Adıma 86 000 pul yazılıb. O pul ümumi dövriyyə giriş-çıxışıdır. Elmidar dostum olub, yerliyik. Bu işin qanunsuz olduğunu bilmirdim. İşim o idi ki, müştərilərə cavab verim. Aylıq maaşım 300, 500 olurdu. Evdə, yaşadığım yerdə bu işi görə bilməzdim: evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər".

Təqsirləndirilən Elnur Nağıyev işsizlik səbəbindən bu işi qəbul etdiyini bildirib: "Əsgərlikdən qayıtdıqdan sonra işsiz qaldım. Kənddə nə iş görərdim? Biri qoyun qırxır, gedib kömək edirdim, heyvanlarını otarmağa yardım edirdim. Gəldim Bakıya. Bir müddət ofisiant işlədim. Elmidar qohumumdur. İşi izah etdi, dedi ki, ancaq gələn mesajlara cavab verəcəyəm. 400- 500 manat maaş alırdım. Baxdım ki, rayonda pulu belə asanlıqla qazanmaq mümkün deyil, razılaşdım".

Növbəti iclas digər təqsirləndirilənlərin ifadələrinin dinlənilməsi üçün fevralın 6-na təyin olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə keçirdiyi əməliyyat zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, "Instagram"da bu şəxslər tərəfindən "TT", "Admiral", "Bir-iki", "Gold" və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb olunublar. Nihat Vəliyev və Altay Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələr işlədiblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan "Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti yaradıblar. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyənin 10 milyon manatdan artıq olduğu müəyyən edilib. Qeyd edək ki, Nihat Vəliyev və Altay Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər - Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 Yanvar 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri