Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Onlayn qumar təşkil edən dəstənin məhkəməsi başladı

Onlayn qumar təşkil edən dəstənin məhkəməsi başladı

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə onlayn qumar təşkil etməkdə təqsirləndirilən 12 nəfərəlik dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M. F. ixtisasca mühasib olduğunu deyib:

"İşsiz idim, məni bu işə Elçin cəlb etdi. İş təklif elədi, bir-iki ay sonra telefon verdi. Mən gələn mesajlara kod göndərirdim. Pulu isə Elçinə göndərirdim. Qumar işi ilə məşğul olduğunu bilsəm də, bunun qeyri-qanuni olduğundan xəbərim yox idi. Sonra ixtisasım üzrə iş tapdım. Çox keçmədi ki, məni tutdular. O zaman da dedim ki, mən bu işdən uzaqlaşmışam. Maaş qarşılığında işləmişəm, 700 manat alırdım. Ailədə kimsə mənim bu işlə məşğul olduğumu bilmirdi".

Şahid M.H. 2024-cü ildə Elçinlə tanış olduğunu bildirib:

"Mən özüm Elçinə zəng etdim, aylıq əməkhaqqım 550 manat idi. Kassaya nəzarət edib müştəriyə kodlar verirdim. Elçin yaşımı soruşanda onu aldatdım ki, 19 yaşım var". 

Təqsirləndirilən Elçin Quliyev ifadəsində saytın ona aid olmadığını, özünün ancaq oyunçu olduğunu deyib:

"Məni tutanda 6-dan başlayan çəkiliş gecə düz saat 11-də bitirdi. Kostyumlu biri kiməsə zəng elədi ki "maşın göndərin". Yarım saat keçmədi ki, maşınlar gəldi, dedilər ki "Hazırlaş, gedirik". 
 

Növbəti proses fevralın 3-nə təyin olunub.

Xatırladaq ki, cinayət işi üzrə təqsirli bilinən 12 nəfər - Elçin Quliyev, Orxan Məmmədov, Nurlan Hüseynov, Elvin Balakişiyev, Taleh Ələkbərov, Hüseyn Quliyev, Nurlan Məmmədov, Zeynal Abbaslı, Royal Hüseynov, Səid Balakışıyev, Pərvan Məmmədov və Pəsi Yusubov Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıblar. Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır.

Rəsmi məlumatda bildirilib ki, şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar.
Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. "Fast Loto", "CHCPlay" kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər.

Rəsmi məlumata görə, şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10 milyon manatdan artıq olduğu aşkarlanıb.

Məlumatda vurğulanıb ki, E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. Şəbəkə üzvlərinin mənzilləri, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobilləri müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktlarla bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Yanvar 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri