Evdən çıxmasam kim məni güclə çıxaracaq? Rübabə Muradovanın bacısının evini sökürlər, lakin...
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mən “Sovetski” ərazisində yaşayıram. Ətrafdakı evləri söküblər, mənim evimə də ziyan dəyib. Xəbərdarlıq etmədən işə başlayıblar. Evin kvadrat metrinə görə verilən məbləğ çox azdır. Ümumilikdə 80 min manat verirlər. Mən razı deyiləm. Şəhərdə yaşayan insanam, 80 min manata şəhərin mərkəzində necə ev alım? Bir otaqda 5 nəfər yaşayırıq. Qızım və ailəsi mənimlə birlikdə qalır. İki ev almalıyam, amma hansı pula? Evlər indi bahadır. 150 min manat versələr razılaşaram”.
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Tahirə Muradova deyib.
O, daha sonra əlavə edib:
“Onlar bilirlər ki, mən sənətkaram, sənətkarın bacısıyam. Arxalarında kimsə dayanıb. Ofisləri Təzəpir məscidinin yanındadır. Artıq pul vermək istəmirlər. Verən kimi çıxacam evdən. “Sovetski-də sökülməyən evlər hələ qalıb. İndi bu yaşımda çöldə yaşamalıyam? Evdən çıxmasam kim məni güclə çıxaracaq? Başa düşə bilmirəm, bu problem nə vaxt həll olunacaq? Bu işlə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olmalıdır. Amma hələ bir dəfə də olsun gəlib maraqlanmayıblar ki, probleminiz nədir? Nə istəyirsiz? Təkcə mən yox, ümumiyətlə evləri sökülən vətəndaşların hamısı narazıdır. Ümid edirəm ki, problem tezliklə öz həllini tapacaq”.
Qeyd edək ki, Tahirə Muradova Azərbaycanın görkəmli sənətkarı Rübabə Muradovanın bacısıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 04 Dekabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















