“Nənəmin məzarını yeniləmişik, sosial şəbəkədə yayılan köhnədir” Rübabə Muradovanın ailəsindən REAKSİYA ÖZƏL+FOTO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər sosial şəbəkələrdə görkəmli sənətkar, xalq artisti Rübabə Muradovanın məzarının baxımsız halda fotoları paylaşılır. Bir çox izləyici məzarın baxımsız halda olduğuna görə sənətkarın ailə üzvlərini və aidiyyatı qurumları günahlandırır. Həqiqətənmi sənətkarın məzarı baxımsız haldadır?
Xəbərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün görkəmli sənətkarın nəticəsi, tanınmış aparıcı Abbasağa Əlizadə ilə əlaqə saxladıq. Xalq artistinin nəticəsi Moderator.az-a nənəsinin məzarının fotosunu təqdim edib və sosial şəbəkələrdə yayılan məzar görüntüsünün köhnə olduğunu bildirdi:
“Daş parçalana da, çatlaya da bilər. Bu təbii haldır. Nəzərə almaq lazımdır ki, Rübabə xanım 1983-cü ildə dünyasını dəyişib və həmin məzar daşı da o illərdə qoyulub. Biz sənətkarın ailəsi olaraq həmin ağ mərməri saxlamaqla, məzar daşını bərpa etdik, yazıları səliqə ilə yazdırdıq. Məzar daşı şəkili dəyişdirilməyib, amma təmizlənib. Sosial şəbəkələrdə tez-tez köhnə məzarın fotosunu yayımlayırlar. Kimsə əvvəlki vəziyyətdə görüb, şəkilini çəkib. Həmin şəxsin də bu addımını hörmətlə qarşılayıram. Bu məncə sənətkara olan dəyərdən irəli gəlir. Nə yaxşı ki, bu cür insanlar var, hələ də yaşayırlar, sənətkara, sənətə dəyər verirlər və paylaşırlar”, - deyə sənətkarın nəticəsi bildirib.
Sənətkarın yenilənmiş məzar daşını sizə təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 11 Dekabr 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















