Icma.az
close
up
RU
Evdən işləmək qanuniləşir: Əmək bazarında hansı yeniliklər olacaq?

Evdən işləmək qanuniləşir: Əmək bazarında hansı yeniliklər olacaq?

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Azərbaycanda əmək münasibətlərində yeni mərhələ başlayır. Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunan dəyişikliklərlə Əmək Məcəlləsinə “məsafədən (distant) iş” anlayışı rəsmən daxil edilir. Bu dəyişikliklə işçilərin əmək funksiyalarını müəssisədən kənarda – elektron və texniki vasitələrdən istifadə etməklə yerinə yetirməsi hüquqi çərçivəyə salınır. Yeni norma həm işçilərin rəqəmsal mühitdə fəaliyyətini tənzimləyəcək, həm də distant işin hüquqi əsaslarını dəqiqləşdirəcək.

Məsafədən işin rəsmiləşdirilməsi Azərbaycanda əmək bazarını necə dəyişə bilər? Bu normanın tətbiqi şirkətlər və işçilər üçün hansı üstünlüklər və çətinliklər yarada bilər?

“HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Moderator.az-a açıqlamasında bildirib ki, distant işlə bağlı normanın Əmək Məcəlləsinə əlavə edilməsi çoxdan zəruri idi:

“Əslində bu dəyişiklik pandemiya dövründən etibarən qəbul olunmalı idi. COVID-19 zamanı böyük bir kütlə evdən işləyirdi, lakin Azərbaycan Əmək Məcəlləsində “distant” və ya “evdən iş” anlayışı mövcud deyildi. Bu isə əmək münasibətlərində müəyyən ziddiyyətlər yaradırdı. Hazırda ölkədə bir çox elektron kommersiya və IT şirkətlərində əməkdaşların əksəriyyəti evdən çalışır. Bu isə faktiki olaraq tətbiq olunan bir iş forması olsa da, hüquqi çərçivəsi olmadığı üçün gələcəkdə risklər yarada bilər. Məcəllədə belə bir anlayış olmadığından müəssisələr hansısa səbəbdən – məsələn, dövlət tədbirləri, şəhərdə sıxlıq və ya digər hallara görə – işçilərə evdən işləmə tapşırığı verəndə bu, hüquqi ziddiyyət yarada bilər. Dəyişikliklər isə bütün bu boşluqları aradan qaldıracaq. Distant işin rəsmiləşdirilməsi əmək münasibətlərində şəffaflığı artıracaq. Qanunun qəbulundan sonra nə işəgötürən, nə də işçi üçün qeyri-müəyyənlik qalacaq. Şirkətlər başqa şəhərdə və ya başqa ölkədə yaşayan əməkdaşları problemsiz şəkildə uzaqdan işə cəlb edə biləcəklər. Ən vacibi isə odur ki, işləyən şəxslə bağlı hansısa hadisə baş verdikdə artıq “işçi iş yerində olub, ya yox” kimi mübahisələr ortaya çıxmayacaq.Bu, çoxdan qəbul edilməli olan dəyişiklik idi. İndi isə həm işçilər, həm də işəgötürənlər üçün daha aydın və təhlükəsiz bir hüquqi baza formalaşır”.

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə bildirib ki, məsafədən iş anlayışı qanuna əlavə olunsa da,artıq həm dövlət, həm də özəl sektorda tətbiq olunur:

“Tətbiq üçün yəqin ki, əlavə qaydalara ehtiyac olacaq. Bəs məsafədən (distant) işə cəlb etmə zamanı işəgötürən Əmək Məcəlləsinin “Əməyin mühafizəsi” bölməsinin tələblərini necə təmin edəcək? İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə, o cümlədən maddi məsuliyyət daşıyır. Bu məsuliyyətin bir hissəsi də əməyin mühafizəsinin təmin olunmasıdır. İş yerində əlverişli və ədalətli əmək şəraiti olmalıdır. Texniki təhlükəsizlik qaydaları təmin edilməlidir. Məsafədən iş zamanı bunları tam şəkildə təmin etmək mümkün deyil”.

Hüquq müdafiəçisi məsafədən işləyən işçilərin sığorta məsələlərinə də diqqət çəkir:

“Məsafədən işləyən işçini işəgötürən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri hallarından icbari sığortalamalıdır. Əks halda hüquqi şəxslər üçün 5000 manatadək cərimə nəzərdə tutulur. Məsələn, işçi sığorta edilib. İşçi məsafədən işlədiyi zaman xəsarət alsa, sağlamlığını itirsə və ya bu səbəbdən həlak olsa, bu hadisə sığorta hadisəsi kimi tanınacaqmı? Sığorta şirkətləri bunu qəbul etməyəcək. Məsələn, işçi şəxsi avtomobilində gedərkən əmək funksiyasını yerinə yetirir və personal sürücüsü maşını idarə edir, o isə kompüterdə işləyir və qəza baş verirsə, bu zədə və ya ölüm sığorta hadisəsi sayılmayacaq. Eyni vəziyyət evdə işləyərkən də keçərlidir”.

S.Məmmədov əlavə edib ki, Əmək Məcəlləsinin 47-ci maddəsinə yeni bir bənd əlavə olunur. Həmin bəndə əsasən:

“Təhsilalanların istehsalat təlimi və təcrübə keçdiyi hallarda onlarla müddətli əmək müqaviləsi bağlanır.Bu norma Nazirlər Kabinetinin “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydaları” ilə də uyğundur. Həmin qaydalarda göstərilir ki,təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlana bilər. Bu halda işəgötürən qanunvericiliyə uyğun olaraq təcrübə keçən tələbəyə əməkhaqqı ödəyir və icbari ödənişlər edir”.

Lakin hüquq müdafiəçisinin fikrincə, praktiki tətbiqdə bu tələbləri yerinə yetirmək mümkün deyil:

“Əmək Müqavilələri Alt Sistemində hər bir müəssisənin ştat cədvəli yerləşdirilir. Bu cədvəldən kənara çıxaraq yeni müqavilə bağlamaq çətindir. Özəl sektor müəyyən dəyişikliklər etməklə – məsələn, ştat cədvəlini müvəqqəti dəyişməklə – bunu həyata keçirə bilər. Bəs dövlət sektoru necə olacaq? Axı tələbələri təcrübəyə əsasən dövlət sektorunda qəbul edirlər. Büdcədən maliyyələşən təşkilatlar bunu edə bilməyəcək, hətta təhsil müəssisəsi onlara vəsait ödəsə belə. Yaranan ziddiyyətlərin aradan qaldırılması üçün əlavə hüquqi mexanizmlərə ehtiyac var. Hər iki məsələni tənzimləmək üçün ya yeni qanunvericilik aktları qəbul edilməli, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir. Amma bunun da problemi əsaslı şəkildə həll edəcəyinə ümid azdır”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri