Icma.az
close
up
RU
Evdən işləmək qanuniləşir

Evdən işləmək qanuniləşir

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Azərbaycanda evdən və məsafədən iş rəsmiləşir. Bu məsələ Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. İşçilərin əmək funksiyalarının distant iş formasında yerinə yetirilməsi sahəsi üzrə qanunvericiliyin formalaşdırılmasını müəyyən etmək, bu xüsusda işçilərin distant iş formasında əmək funksiyasının yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasını təmin etmək məqsədilə Məcəllənin 3-cü maddəsinə "Məsafədən (distant) iş" anlayışı gətirilib. Yeni dəyişikliyə əsasən, məsafədən (distant) iş dedikdə əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə   (elektron, proqram-texniki, telekommunikasiya vasitələri və s.) müəssisədən və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerlərindən kənarda (işlərin görülməsi (xidmətlərin göstərilməsi) üçün münasib olan digər yerdə) yerinə yetirilməsini nəzərdə tutur.

Ekspertlərin fikrincə, məsafədən işin hüquqi çərçivəyə salınması əmək münasibətlərinin şəffaflığını artırır və tərəflərin hüquqlarını qoruyan əsas mexanizmlərdən biridir.

Məsafədən iş zamanı bunu etmək mümkün deyil

"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, bu gün ölkədə məsafədən işləyənlərin əməyinin mühafizəsi ilə bağlı müəyyən boşluqlar var: "Müvafiq qanunvericiliyə əsasən, iş prosesi zamanı işəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır. Məsafədən işləyən işçini işəgötürən istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halıdan icbari sığorta etməlidir. Etmədiyi halda o, böyük məbləğdə cərimə ödəməlidir. İşəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır, o cümlədən maddi məsuliyyət. Amma o bu məsuliyyətinə görə həm də əməyin mühafizəsini təmin etməlidir. İş yerində əlverişli və ədalətli əmək şəraiti yatmalıdır. Texniki təhlükəsizlik qaydalarını təmin etməlidir. Məsafədən iş zamanı bunu etmək mümkün deyil. Məsafədən işləyən işçini işəgötürən istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri halıdan icbari sığorta etməlidir. Etməsə, böyük cərimə ödəməlidir. Tutaq ki, edib. Şəxs məsafədən əmək funksiyasını yerinə yetirərkən xəsarət alıb sağlamlığını itirsə və ya bu səbəbdən həlak olsa, bu, sığorta hadisəsi sayılacaqmı? Sığorta şirkəti bunu heç bir halda qəbul etməyəcək. Çünki biri öz şəxsi avtomobilində gedə-gedə əmək funksiyasını yerinə yetirirsə, bu zaman avtoqəza baş verisə və işçi xəsarət alırsa və ya aldığı xəsarətdən vəfat edirsə, bunu heç bir sığorta şirkəti sığorta hadisəsi saymayacaq. Evində işləyəndə də həmçinin".

Praktikada bu, mümkün olmur

Onun sözlərinə görə, dəyişikliyə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinə yeni bir bənd əlavə olunur: "Təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda" onlarla müddətli əmək müqaviləsi bağlanır. Nazirlər Kabinetinin "Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə" Qaydasında da göstərilir ki, "Təcrübə müddətində işəgötürənlə tələbə arasında müddətli əmək müqaviləsi bağlanıla bilər. Bu halda işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq, təcrübə keçən tələbəyə əməkhaqqı ödənilir və icbari ödənişlər edilir". Praktikada isə bu, mümkün olmur. Əmək Müqavilələri Alt Sistemində hər bir müəssisənin ştat cədvəli yerləşdirilir. Ondan kənara çıxıb yeni müqavilələri necə bağlayacaqlar? Tutaq ki, özəl sektor bunu edə bildi, bəs dövlət sektoru? Tələbələri təcrübəyə qəbul edən əsas dövlət sektorudur. Büdcədən maliyyələşən təşkilatlar bunu edə bilməyəcək, hətta onlara təhsil müəssisəsi vəsait ödəsə belə. Hər iki məsələni tənzimləmək üçün əlavə qanunvericilik aktları qəbul olunmalı, yaxud mövcud qanunvericiliyə dəyişiklik və əlavələr edilməlidir".

Bu, enerji itkisini, resurslardan istifadəni azaldır

Sahib Məmmədov bildirib ki, "distant" iş məsələsi, xüsusən pandemiya dövründə aktuallaşdı və indi də dünyada geniş tətbiq olunur: "Amma bunun qanunvericilik təminatı bizdə mövcud deyil. Baxmayaraq ki, biznes strukturu üçün heç bir problem yoxdur. Məsələn, işçiləri işə hansı formada cəlb etsin. Yəni istənilən biznes qurumu günü bu gün də işçiləri məsafədən işlədə bilər. Tutaq ki, o, Amerikada yaşayır, işləyir və məhsullarını göndərir. Əməkhaqqısı isə birbaşa əməkhaqqı kartına köçürülür. Bunun həm biznes üçün, həm işçi üçün əlverişli tərəfləri var. Biznes üçün əlverişli tərəf ondan ibarətdir ki, məsələn, dəyərli bir kadr hər hansı ölkədə yaşayır və onu bura gətirmək mümkün deyil. Lakin həmin şəxs Azərbaycan vətəndaşıdır, xaricdə yaşayır və onunla məsafədən əmək müqaviləsi bağlamaq olar. Eyni qayda rayonda yaşayan, iş yerinə gələ bilməyən işçilərə də aiddir. Bu, birinci üstünlükdür. İkinci üstünlük isə bundan ibarətdir ki, şirkətin ofisində, tutalım, 50 işçi varsa və onların bir qismini məsafədən işləməyə yönləndirirsə, bu, artıq ofisin ümumi sahəsinin və otaqların sayının azalması deməkdir. Bu isə enerji itkisini, resurslardan istifadəni azaldır. Beləliklə, biznes həm əlavə iş yerinin, stolun, kompüterin, avadanlığın alınmasına, həm də iş otağı və digər resursların təmin olunmasına ehtiyac duymur. Nəticə etibarilə, biznes bu prosesdən qazanmış olur".

Bu, işçilərin hüquqlarını qorumaq və öhdəliklərini rəsmiləşdirmək üçündür

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, məsafədən işdə ən vacib məqam "proses yox, nəticə əsasında idarəetmə" modelinə keçiddir. Müqavilədə işçinin gündəlik və ya həftəlik iş saatları, performans meyarları, əlaqə vaxtları və istifadə ediləcək kommunikasiya kanalları aydın göstərilməlidir. Bu cür qeyd-şərtlər istehsalın səmərəliliyini artırır və məsafədən işin idarəedilməsini xeyli asanlaşdırır: "Məsafədən çalışan işçilərin də əmək qanunvericiliyində nəzərdə tutulan bütün hüquqlara malik olmalıdırlar. Rəsmi qeydiyyat, sosial sığorta ödənişlərinin aparılmasını, məzuniyyət hüququnun qorunmasını, əmək haqqının gecikmədən rəsmi şəkildə ödənilməsini, işçinin təqaüd stajının formalaşmasını təmin edir. Ancaq Azərbaycan qanunvericiliyində məsafədən iş məsələsi yox idi. Əgər bu gün həmin məsələ müzakirə olunursa, sığorta hadisəsi, əməyinin mühafizəsi, əməyin ödənilməsi, iş saatının hesablanması kimi məsələlər də həmin qanunvericilikdə edilən dəyişikliklərdə öz əksini tapmalıdır. Əks təqdirdə həmin məsələlər nəzərə alınmasa, qanunvericilikdə ciddi boşluq yaranacaq. Bu, gələcəkdə əmək mübahisələri ilə bağlı problem yarada bilər".

Yeni texnologiyaların inkişafı ilə məsafədən iş bəzi sahələrdə geniş yayılıb

Onun sözlərinə əsasən, evdən və ya ofisdən işləmək işçinin məşğulluq statusunu dəyişdirmir, sadəcə işin necə yerinə yetirildiyi rəsmiləşdirilir: "Bu yenilik sadəcə məsafədən işləyən şəxslərin hüquqları və öhdəlikləri qanunvericilikdə rəsmiləşdirilir. Pandemiyadan sonra və yeni texnologiyaların inkişafı ilə məsafədən iş bəzi sahələrdə geniş yayılıb. Buna görə də məsafədən işin tənzimlənməsi artıq qanunvericilikdə öz əksini tapır. Bu, işçilərin hüquqlarını qorumaq və öhdəliklərini rəsmiləşdirmək üçündür".

Ekspert qeyd edib ki, məsafədən işləmək məşğulluq səviyyəsinə birbaşa təsir etmir: "İşi gizlətmək istəyən şəxslər hələ də qeyri-rəsmi fəaliyyət göstərə bilər, bu isə işsizlik və məşğulluq statistikasına təsir etməyəcək. Faktiki olaraq, məsafədən işin qanunvericiliyə daxil edilməsi yalnız işin rəsmiləşdirilməsini təmin edir və vətəndaşların hüquq və öhdəliklərini qoruyur".

Özəl sektorda sərbəstlik daha çox olacaq

Hüquqşünas Əkrəm Həsənov hesab edir ki, dövlət müəssisələrində distant çalışacaq işçilərlə bağlı mexanizm yaradılmalıdır: "Müvafiq dəyişikliyə əsasən həm dövlət, həm də özəl müəssisədə çalışanlar distant formaya keçə bilərlər. Özəl sektorda sərbəstlik daha çox olacaq. Elə iş var ki, distant formada həyata keçirilmir. Həmçinin dövlət sektorunda çalışanlar büdcədən maaş alırlar. Burada bir təhlükə ortaya çıxır. Vətəndaşlar da maraqlı olmalıdırlar ki, sui-istifadə halları olmasın. Yəni büdcədən maaş alan şəxs adını işçi kimi yazdırıb, işdən yayınmamalıdır. Nəzarət mexanizmi olmalıdır. Hesab edirəm ki yenə Əmək Məcəlləsində boşluqlar yaranacaq. Belə ki, qanunvericiliyə görə, şəxs bir gün ərzində işə üzrsüz səbəbdən gəlmirsə, onunla müqaviləyə xitam verilir. Bu anlayış məsafədən fəaliyyət göstərəcək işçiyə aid ediləcək, ya yox - bu, sualdır. Bunun kimi başqa problemlər də ortaya çıxa bilər. Əmək Məcəlləsinin bəzi maddələri distant anlayışına zidd olacaq. Sənədin bütün maddələrinə diqqətlə baxılmalıdır".

Distant fəaliyyət görülən işin keyfiyyətinə mənfi təsir göstərməməlidir

Millət vəkili Azər Badamov qeyd edib ki, pandemiya dönəmindən sonra bəzi müəssisələr indi də öz əməkdaşlarının bir hissəsinə distant işləmək imkanı yaratmaqda davam edir. Yeni dəyişikliyə əsasən, bu, rəsmi olacaq: "Hesab edirəm ki, rəsmiləşdirmə prosesindən sonra distant fəaliyyət əmək məsuliyyətini azaltmamalı və görülən işin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Təbii ki, əyani işin səmərəliliyi distant işdən daha çoxdur. Bəzi sahələrdə isə işçilərin gün ərzində görməli olduğu dəqiq planlar olduğundan işçi müəyyən olunmuş müddətdə həmin planı icra edirsə, deməli, iş keyfiyyətli icra olunmuş hesab olunur".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see239

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see233

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see233

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see230

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see228

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see223

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see209

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see208

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see206

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see200

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see193

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see193

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see193

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see191

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see189

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see188

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see186

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see184

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri