Icma.az
close
up
RU
Evə gətirən kimi yumayın: Ömrünü özünüz qısaldırsınız

Evə gətirən kimi yumayın: Ömrünü özünüz qısaldırsınız

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yay aylarında ən çox alınan giləmeyvələrdən olan moruq yüksək qida dəyərinə malik olsa da, çox həssas quruluşu səbəbindən tez xarab olur.  Halbuki, doğru saxlanma qaydalarına əməl edilmədikdə soyuducuda günlərlə təravətli qala bilir.
Demokrat.az bildirir ki, moruq evə gətirilən kimi yuyulmamalıdır. Bu meyvə rütubəti çox tez hopdurduğu üçün vaxtından əvvəl yuyulduqda kiflənmə sürətlənir. Yuma prosesi yalnız istehlakdan az əvvəl edilməlidir. Saxlamadan öncə giləmeyvələri diqqətlə ayırmaq, əzilmiş, yumşalmış və ya kifə düşmüş olanları kənarlaşdırmaq lazımdır. Bu addım sağlam meyvələrin daha uzun müddət təzə qalmasına kömək edir.
Saxlama üçün ən uyğun variant hava keçirən qablar və ya moruğun alındığı dəlikli plastik qutulardır. Havanın sərbəst dolaşması nəm yığılmasının qarşısını alır, kif riskini azaldır. Soyuducuda isə moruğu temperaturun daha sabit olduğu ön hissədə yerləşdirmək məsləhət görülür. Bu şəraitdə təzə moruq adətən təxminən iki gün öz keyfiyyətini saxlayır.
Daha uzun müddət saxlamaq üçün dondurma üsulu istifadə olunur. Bunun üçün meyvələr ehtiyatla yuyulub qurudulur, sonra padnos üzərində tək qat halında düzülərək dondurulur. Tam donduqdan sonra onları paketlərə və ya qablara yığmaq mümkündür. Bu üsul moruğu 12–18 ay ərzində təravətli saxlamağa imkan verir.
Kiflənmiş moruğun istehlakı sağlamlıq üçün təhlükəlidir. Belə giləmeyvələrdə kif sadəcə görünən hissədə olmur, yumşaq toxuma səbəbindən sürətlə yayılır və digər meyvələri də korlayır.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Mart 2026 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri