Evə sərxoş gəlib arvadını bıçaqladı TƏFƏRRÜAT KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncədə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Mirnəsib Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub, o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Mirnəsib Yusifov tez-tez evə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı Bəsti Yusifova ilə mübahisələri olub. O, Bəstinin bir neçə dəfə telefonunun kodunu dəyişdiyini görüb və bunu ona irad tutub, “TikTok” sosial şəbəkəsindən istifadə etməməsini tapşırıb. Bəsti isə onun bu tələblərinə məhəl qoymayıb.
Bir neçə gün sonra Mirnəsib yenidən içkili vəziyyətdə evə gələrək, Bəsti ilə mübahisə edib. Qadın ərinə onun hərəkətlərindən bezdiyini bildirib. Bu vaxt Mirnəsib mətbəx bıçağı ilə Bəstiyə iki zərbə endirib. O, daha sonra hadisə yerindən uzaqlaşıb.
Bəsti Yusifova xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Yusifov saxlanılaraq istintaqa təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Sentyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















