Everton a məşqçi kimi qayıtmağa hazırlaşır
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Everton"un sabiq müdafiəçisi Şeymus Koulman karyerasını "Şeffild Yunayted"də davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə "Sheffield Star" nəşri məlumat yayıb.
Bildirilir ki, "Şeffild Yunayted" azad agent statusunda olan 36 yaşlı futbolçu ilə mümkün transferi müzakirə edib. Lakin irlandiyalı müdafiəçi hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib.
Qeyd olunur ki, Koulman peşəkar karyerasını başa vuraraq "Everton"a qayıda və klubun məşqçilər korpusunda fəaliyyətə başlaya bilər.
Xatırladaq ki, Şeymus Koulman futbol karyerasına İrlandiyanın "Slayqo Rovers" klubunda başlayıb. O, 2009-2026-cı illərdə "Everton"un formasını geyinib. Təcrübəli müdafiəçi Liverpul təmsilçisinin heyətində keçirdiyi 435 oyunda 28 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:119
Bu xəbər 12 İyul 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















