Qriliş “Everton”a qayıdır?
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Everton” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qrilişi heyətinə qaytarmaq variantını nəzərdən keçirir.
Futbolpress.az xəbər verir ki, Pep Qvardiolanın etimadını itirdikdən sonra Devid Moyesin komandasına icarəyə verilən Qriliş yanvar ayında ayağından ağır zədə alaraq əməliyyat olunmuşdu.
İngiltərəli ulduz zədələnənə qədər “Everton”un heyətində bütün turnirlərdə 22 matça çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalmışdı. Mövsümün yalnız bir hissəsində çıxış etməsinə baxmayaraq, Qriliş açıq oyundan yaratdığı qol fürsətlərinə görə (36) komandada birinci olub.
30 yaşlı futbolçu ötən həftə “Mançester Siti”nin “Arsenal”a 0:3 hesabı ilə uduzduğu İngiltərə Superkuboku matçında fasilədən sonra meydana daxil olub.
Baxış sayı:62
Bu xəbər 19 Avqust 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















