Icma.az
close
up
RU
Everton dan Old Trafford da tarixi qırmızı vərəqə və tarixi qələbə

Everton dan Old Trafford da tarixi qırmızı vərəqə və tarixi qələbə

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə çempionatının 12-ci turunun son oyununda ''Mançester Yunayted'' doğma ''Old Trafford''da ''Everton''u qəbul etdi.

"Football-plus.az" xəbər verir ki, son 5 turda uduzmayan ''Yunayted'' favorit hesab olunurdu. Ancaq təcrübəli Devid Moyesin çalışdırdığı ''Everton'' proqnozları alt-üst etməyi bacardı. Hətta qonaqların uzun müddət azlıqda oynaması da manikunianların işinə yaramadı. Özü də ''Everton''un qırmızı vərəqəsi hələ uzun illər unudulmayacaq.
Belə ki, 13-cü dəqiqədə İdrissa Geye öz komanda yoldaşı Maykl Kinin üzünə sillə endirdiyi üçün hakim tərəfindən birbaşa qırmızı vərəqə aldı. Buna baxmayaraq mersisaydlılar azlıqda həm qol vurdular, həm də qapını toxunulmaz saxladılar. 29-cu dəqiqədə Dyusberi-Hollun vurduğu baxımlı qol oyunda yeganə oldu. Bu, premyer-liqa tarixində komanda yoldaşlarının oyunun gedişində dalaşdığı ilk hal deyil. Sonuncu dəfə 2008-ci ildə ''Stok Siti''nin heyətində Rikardo Fuller komanda yoldaşı Endi Qriffinin üzünə zərbə endirdiyi üçün qırmızı vərəqə almış, sonra da 3 oyunluq cəzalanmışdı.
''Everton''un minimal hesablı qələbəsi ilə ortaya bəzi maraqlı statistik faktlar çıxdı. Məsələn, ''Everton'' ''Old Trafford''da 12 ildən sonra ilk dəfə qalib gəldi. Ən maraqlısı odu ki, 2013-cü ildə ''Everton'' qələbə qazanarkən ''Yunayted''in başında Devid Moyes dayanmışdı! Moyes karyerasında ilk dəfə ''Old Trafford'' səfərində qələbəyə sevindi. Buna qədər onun çalışdırdığı klublar ''arzuların teatrı''nda keçirdikləri 17 oyundan 4 heç-heçə, 13 məğlubiyyətlə ayrılmışdılar.
Bundan başqa ''Yunayted'' ilk dəfə premyer-liqada evdə azlıqda qalan rəqibə məğlub oldu!
Buna qədər manikunianların evdəki çempionat matçında 46 dəfə rəqibləri azlıqda qalmış və komanda bu oyunlardan 36 qələbə, 10 heç-heçə ilə ayrılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri