Qızılgül derbisi ndə “Lids” “Old Trafford”da tarixi qələbə qazandı
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərə futbolunun ən köklü və prinsipial rəqabətlərindən biri hesab olunan "Qızılgül derbisi"ndə gözlənilməz nəticə qeydə alınıb. Sport24.az xəbər verir ki, Premyer Liqa çərçivəsində keçirilən oyunda "Mançester Yunayted" "Old Trafford"da "Lids"i qəbul edib. Azarkeşlərin böyük marağına səbəb olan matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 5-ci dəqiqəsində Noa Okaforun qolu ilə hesab açılıb. İsveçrəli hücumçu 29-cu dəqiqədə dublunu rəsmiləşdirərək fərqi artırıb və komandalar fasiləyə bu hesabla yollanıblar.
İkinci hissəyə ardıcıl hücumlarla başlayan "Mançester Yunayted" 69-cu dəqiqədə Kazemiro ilə fərqi minimuma endirsə də, yekunda məğlubiyyətdən qaçmaq mümkün olmayıb.
Qeyd edək ki, bu nəticə "Lids" üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, komanda "Old Trafford"da sonuncu dəfə 2002-ci ildə qalib gəlmişdi və bununla da "Lids"in bu stadionda 20 ildən çox davam edən qələbə həsrətinə son qoyulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 14 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















