Icma.az
close
up
RU
Əvəz Zeynallının “mənəviyyat” düsturu”: o hansı əxlaqi dəyərlərə söykənir?

Əvəz Zeynallının “mənəviyyat” düsturu”: o hansı əxlaqi dəyərlərə söykənir?

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı  sonuncu dəfə 2022-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir etmə) maddələrilə təqsirli bilinib. "Baku Steel Company" şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj etməkdə, 20 min manat pul almaqda ittiham olunub. Bu iddia əsasında Rasim Məmmədovun ailə üzvləri, həmçinin, vəkil Elçin Sadıqov və  digər şahidlər dindiriliblər. Əvəz Zeynallının rüşvət alması faktı mötəbər dəlillərlə təsdiqini tapıb. 
Bu, Əvəz Zeynallının  adının rüşvət olayına qarışdığı ilk  insident deyil. 2011-ci ildə də eyni ittihamla həbsdə olub. Həmin dövrdə "5 min manatdan artıq məbləğdə  rüşvət almaq"da təqsirli bilinib. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra məhkəmə araşdırması ilə günahı sübuta yetirilib. "Hədə-qorxu tətbiq olunmaqla rüşvət alma", "təkrarən rüşvət alma", o cümlədən, "xeyli miqdarda vergiləri ödəməkdən yayınma" ittihamları ilə təqsirli bilinib. Yekun olaraq, barəsində həbs qərarı çıxarılıb. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əfv fərmanı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib, sərbəst buraxılıb. 
"Xural" rəhbərinin adının qarışdığı, amma məhkəmə müstəvisinə çıxarılmamış nümunələr də mövcuddur. Bu nümunələrə baxanda aydın olur ki, rüşvət, pul, sərvət hərisliyi Əvəz Zeynallının həyat kredosu, ölçü meyarıdır.O, "jurnalistika fəaliyyəti"ni də bu xətt üzərində qurub. Məsələn, biznesmen Mübariz Mənsimovu özünün "dostu" adlandırır, təqdir və təbliğ edir.  İş adamı haqqında efir verərkən, onun adının qarışdığı insidentlərin üzərindən sükutla keçir. 2021-ci ildə Türkiyədə cəlb olunduğu qalmaqallı məhkəmə prosesləri, "Feto hərəkatı"nda şübhəli bilinməsi barədə danışmır. Əksinə, onun imicinin təmizlənməsi, bəraətedici fikirlər səsləndirməsi üçün tribuna verir. İş onda deyil ki, Mübariz Mənsimov bu proseslərin sonunda hüquqi bəraət alıb. Qeyri-adilik Əvəz Zeynallının ona yanaşmasındadır. İmicinin təmizlənməsinə  yardım göstərməsində, birtərəfli müsahibələr almasında, tribuna rolunda çıxış etməsindədir. O, Mənsimova yanaşmada jurnalistika prinsiplərini pozub, faktları birtərəfli qaydada təqdim edib. Bunu nə üçün edib? 
Onların "dostluğunun" əsasında nəyin dayandığını hər kəs bilir. "Xural" rəhbərinin Türkiyəyə bütün səfər və istirahət xərclərinin Mənsimov tərəfindən qarşılanması, bahalı universitetlərdə oxuyan övladlarının təhsil haqlarının eyni mənbədən təmin edilməsi bilinən faktdır. Yəni, maddi dəstək varsa, skandallı imicin problem deyil. Sən "dostumsan", qəzetim səhifələrinə çıxıb istədiyini danışa bilərsən. Əvəz Zeynallının dünyagörüşündə bu, təkcə "dostluq nümunəsi" deyil, həm də "peşəkar jurnalistika prinsipi"dir. Hansı ki, peşəkar jurnalistika prinsipləri ilə daban-dabana ziddir. 
"Xural" rəhbərinin qalmaqallı siyasətçi Fərman Dəmirqola yanaşması da bu kontekstdəndir. Onun Azərbaycanda dövlət çevrilişi təşəbbüslərinə qarışması, ölkəmiz üçün təhlükəli ssenarilərdə iştirak etməsi Əvəz Zeynallını qayğılandırmır. Əsas olan "ödənişdir".  "Pulunu ver, müsahibən Xuralda dərc olunsun" prinsipi öndədir. Belə davranış onun nəzərində "mükəmməl jurnalistika"dır. 
Əvəz Zeynallı Azərbaycan jurnalistlərini bəyənmir. Hər gün verdiyi sərsəm açıqlamalarda ölkənin tanınmış qələm sahibləri barədə hədyanlar danışır. MirŞahin Ağayevi, Rauf 
Arifoğlunu, Elbrus Ərudu "jurnalistika prinsipləri"nə və "dostluq dəyərləri"nə "zərbə vurmaqda" qınayır. Reaksiya verən yoxdur. Çünki, adam xəstədir. Zatən xəstə olduğu üçün saxlanıldığı cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azadlığa buraxılıb. Yəni, onun ikinci məhkumluq müddəti bitməyib, bəraət də almayıb. Əslində 2031-ci ilə qədər həbsdə olmalıydı. 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə həbs edilimişdi.  "4-cü dərəcəli xərçəng xəstəliyi" diaqnozu qoyulduğu üçün vaxtından əvvəl  həbsdən çıxmsına qərar verilib. Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Azərbaycan dövlətinin humanizm prinsiplərinə söykənərək,  aprelin 25-də bu qərarı çıxarıb. 
Əgər xəstə olmasaydı, nə məhkəmə onu azad etməzdi, nə də barəsində hədyanlar söylədiyi şəxslər sakit dayanmazdı. Danışardılar, bircə feysbuk statusu ilə onun gününü qaraldardılar. Əvəz Zeynallı insanların bu mərhəmət duyğusundan, mənəvi dəyərlərə sadiqliyindən maksimum dərəcədə yararlanır.  
Yeri gəlmişkən qeyd edək ki, bu cür humanist yanaşmalar Azərbaycanın dövlət strukturları, məhkəmə sistemi üçün xarakterik haldır. Məsələn, 2015-ci ildə həbsdə olan müxalif siyasətçi  Tofiq Yaqublu  aprelin 24-də qızının yas mərasimində iştirak etmək üçün azadlığa buraxılmışdı. Yaxud, 2008-ci ildə həbsdə olan jurnalist Qənimət Zahid atasının yas mərasimində iştirak üçün evə göndərilmişdi. Bu jest yüksək dəyərləndirilmiş, təqdir edilmişdi. Əvəz Zeynallıya yanaşma da həmin prinsipin davamıdır. Amma o, digərlərindən fərqli olaraq, məsələyə fərqli reaksiya verir. Son açıqlamalarından belə görünür ki, adamın humanizm anlayışı, minnətdarlıq  hissi yoxdur. Mərhəmət duyğusundan sui-istifadə edir. Açıqlamalarını dinləyəndə elə təəssürat yaranır ki, onu həbsdən azad edən, mərhəmət göstərən  Azərbaycan dövləti deyil, "xaricdəki söyüş müxalifəti"dir. Qurban Məmmədova, Qənimət Zahidə qoşulub Azərbaycan dövlətinə qarşı hədyanlar yağdırmağı gündəlik rutinə çevirib. 
"Söyüş müxalifətinin tribunası"ndan çıxış edəndə dövlətin humanist jestini maddi dəyər kontekstindən şərh edir. Təlqin edir ki, məhkəmə onun xəstəliyini nəzərə alıb günahından keçəndə, həbsdən buraxanda maddi dəstək də göstərməliymiş. Pul verilməyibsə, "dövlət pisdir", onu "söymək lazımdır".
Əvəz Zeynallının insanlara, həmkarlara, dostlara yanaşması da belədir. İndiki halında kim gətirib maddi dəstək verirsə, "ideal xeyriyyəçi", "peşəkar həmkar", "layiqli dost" adlandırır. Yardım göstərməyənlərə isə düşmən kimi yanaşır. Şər atır, şantaj edir, adamları "xeyriyyəçilik aksiyasına" qoşulmağa məcbur edir. Tanınmış imza sahibləri barədə yazdıqları da bu məqsədə xidmət edir. "Redaksiya rəhbərisən, şirkət sahibisən, tanınmış imzan varsa, deməli maddi baxımdan imkanlısan. Bu imkanlarından mənə də nəsə verməlisən. Əks təqdirdə səni şantaj edəcəm"  prinsipi ilə işləyir- "Xural" rəhbəri. 
Ona tribuna verənlər də eyni ağlın, eyni düşüncənin sahibidirlər. Faktları birtərəfli qaydada, yanlış təqdim edib bundan fayda götürürlər. Məsələn, Əvəz Zeynallının rüşvətə bulaşması faktını təkcə Azərbaycan məhkəmələri deyil,  yerli müxalifət partiyaları və xaricdəki "hüquq müdafiəçiləri" də etiraf ediblər. Azərbaycan üzrə "siyasi məhbus siyahısı" hazırlayan Leyla və Arif Yunuslar Əvəz Zeynallının üzərindən yan keçiblər. Adını "siyasi məhbus siyahısına" salmayıblar. Xarici təşkilatlara danos ötürən, sifarişlə siyahı hazırlayan  yerli müxalifət partiyaları, o cümlədən, AXCP də eyni hərəkəti təkrarlayıb. Çünki, "Xural" rəhbərinin rüşvət aldığı barədə təkzibedilməz sübutların olduğunu biliblər. Arif Yunus "Osmanqızı TV"-yə müsahibəsində bu faktı təsdiq edib. Sevinc Osmanqızının "nə üçün Əvəz Zeynallının adını siyasi məhbus siyahılarına daxil etmədiniz" sualına cavabında bildirib ki, "Əvəzin işində həqiqətən rüşvət faktı var". Amma nə Qənimət Zahid, nə Qurban Məmmədov, nə də Əvəz Zeynallı bu faktları qabartmırlar. Arif Yunusu az qala hər gün efirə çağırırlar, fərqli mövzularda danışdırırlar. Amma bircə dəfə də olsun "Əvəzin rüşəvətə bulaşması barədə" dediklərini xatırlatmırlar. Qorxurlar ki, Arif Yunus Əvəzin rüşvət alması faktını təkrarən səsləndirəcək, ara qarışıb məssəb itəcək. "Xural" rəhbəri bu məqamdan məharətlə yararlanır. 
Əvəz Zeynallı yanlış president yaradır. Əxlaqa zidd elementlərdən ibarət olan "mənəviyyat düsturu" hazırlayıb və bu düsturu "milli mənəvi dəyərlər" adı altında sırımağa çalışır. O, mənəviyyatdan danışır, mərhəmət duyğusunu coşdurub insanlardan yardım toplayır, amma özü milli prinsiplərin ziddinə gedir. Yaxşılığa yaxşılıqla deyil, yamanlıqla qarşılıq verir.  Humanizmdən, mərhəmətdən sui-istifadə etmək tendensiyası formalaşdırır. Əlbəttə, özü üçün qorxu yoxdur, hər vəziyyətdən çıxmağı, hər dona girməyi  bacarır. Çətinə düşsə, bu hərəkətinə də bəraət qazandıracaq. Yazıq oldu həbs həyatı yaşayan digərlərinin halına. Düşünürsən ki, Əvəz Zeynallı presidentini görən  hansı məhkəmə bundan sonra "ölüsü ölən", "xəstə düşən" bir məhbusa güzəşt edəcək, vaxtından əvvəl azadlığa buraxacaq?!

Məmməd
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri