Əvəz Zeynallının vəziyyəti ağırlaşdı
Icma.az, Yenisabah saytına istinadən bildirir.
“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının səhhətinin yenidən ağırlaşması barədə məlumat almışdıq.
Bununla bağlı Musavat.com Zeynallı ailəsi ilə əlaqə saxlayıb.
“Xural” rəhbərinin həyat yoldaşı Məlahət Zeynallı avtomobil idarə etdiyindən telefon zənginə qızı Selcan Zeynallı cavab verib. pizza sifarişi
S.Zeynallı kövrəlmiş şəkildə atasının vəziyyətinin ağırlaşdığını və onu xəstəxanaya çatdırmağa çalışdıqlarını bildirdi.
Telefon danışığı zamanı arxa fonda Əvəz Zeynallının səsi də ara-sıra eşidilirdi. Onun və ailəsinin səsindəki narahatlıq vəziyyətinin ciddiliyini bir daha göstərirdi.
Qeyd edək ki, Əvəz Zeynallı uzun müddətdir ağır xəstəliklə mübarizə aparır. Onun səhhəti ilə bağlı son aylarda müxtəlif məlumatlar yayılıb və jurnalistin müalicəsi davam etdirilir.
Baxış sayı:75
Bu xəbər 28 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















