Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Evi sökülənlərə müjdə: bundan sonra kompensasiya...

Evi sökülənlərə müjdə: bundan sonra kompensasiya...

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi mexanizmi qanunla mümkün ola bilər

Azərbaycanda daşınmaz əmlakla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi mexanizmini tənzimləyən yeni qanun layihəsinin hazırlanması təklif olunur. Bu təşəbbüslə Milli Məclisin deputatı Nurlan Həsənov çıxış edərək mövcud hüquqi mexanizmlərin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə edilməsi qaydası, bu barədə qərar qəbul edən orqanların fəaliyyəti, habelə kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forması və meyarları kompleks şəkildə yeni qanunla müəyyənləşdirilməlidir.

Ekspertlərin sözlərinə görə,  belə bir qanunun qəbulu bir neçə istiqamətdə müsbət nəticələr verə bilər. İlk növbədə, kompensasiyanın qabaqcadan ödənilməsi prinsipi real və işlək mexanizmə çevrilərsə, vətəndaşlar köçürülmə prosesində maddi çətinliklərlə üzləşməzlər. İkincisi, qiymətləndirmə meyarlarının qanunla dəqiq müəyyənləşdirilməsi kompensasiyanın bazar dəyərinə uyğun hesablanmasına şərait yaradar və mübahisələrin sayını azaldar. Üçüncüsü, qərar qəbul edən dövlət qurumlarının səlahiyyət və məsuliyyətinin aydın şəkildə təsbit olunması bu sahədə mümkün sui-istifadə hallarının qarşısını ala bilər.

Çünki hazırda söküntü proseslərində ən ciddi problemlərdən biri məhz kompensasiya məsələsidir. Bəzi hallarda tikinti şirkətləri prosesi elə qururlar ki, əsas iqtisadi fayda onların payına düşür. Nəticədə vətəndaş ya təklif olunan vəsaitlə yeni mənzil əldə edə bilmir, ya da yaşadığı evdən çıxmaqdan imtina edir. Bir sıra ərazilərdə hər kvadratmetr üçün 2 700 manat kompensasiya təklif olunsa da, bu məbləğin real bazar dəyərini əks etdirmədiyi bildirilir və bu da narazılıqlara səbəb olur. Hətta bəzi hallarda söküntü işləri sakinlər hələ mənzildə yaşadığı vaxt aparılır, kommunal xidmətlər dayandırılır və insanlar ağır sosial vəziyyətlə üz-üzə qalırlar.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Bakı və Abşeron ərazisində təxminən 16 minə yaxın, hətta 20 minə qədər çoxmənzilli bina var ki, onların istismar müddəti artıq başa çatıb. Bu isə o deməkdir ki, yaxın 10 il ərzində həmin binaların mərhələli şəkildə sökülməsi qaçılmaz olacaq. Onun sözlərinə görə, bina fondu köhnəldikcə risklər artır və insanların təhlükəsizliyi prioritet məsələdir: “Bu baxımdan, söküntü və kompensasiya prosesinin qanunla dəqiq tənzimlənməsi olduqca vacibdir. Əgər aydın və işlək mexanizm olmazsa, vətəndaşlarla dövlət qurumları və ya söküntü aparan özəl şirkətlər arasında mübahisələr davam edəcək. Bu qarşıdurmaların əsas səbəbi isə prosesin şəffaf və hamı üçün aydın olmamasıdır. Mexanizm konkret və məcburi qaydada tətbiq olunsa, istər dövlət qurumu, istərsə də özəl təşkilat bu çərçivədə hərəkət edəcək. Əks halda, tərəflər bir-birini vəziyyətdən sui-istifadədə günahlandırır və mübahisələr böyüyür. Bəzən vətəndaş haqlı olur, bəzən isə məlumat çatışmazlığı səbəbindən yanlış mövqe tutur. Nəticədə sosial gərginlik artır.

Yeni qanun layihəsində ilk növbədə sosial aspekt və yerli icra hakimiyyətlərinin iştirakı təmin olunmalıdır. Vaxtilə Nazirlər Kabinetinin 86 saylı qərarı ilə pilot layihələr həyata keçirilərkən yerli icra hakimiyyətləri prosesdə iştirak edir və tərəflər arasında müəyyən tənzimləyici rol oynayırdı. Həmin qərar ləğv olunduqdan sonra isə bu sahədə vahid nəzarət və koordinasiya mexanizmi faktiki olaraq zəifləyib. Hazırda tərəflər arasında tənzimləyici institut yoxdur. Bu səbəbdən yerli icra hakimiyyətlərinin və xüsusilə sosial institut kimi bələdiyyələrin prosesə cəlb olunması məqsədəuyğun olardı".

E.Azadovun sözlərinə görə, digər vacib məsələ qiymətləndirmə meyarlarının konkret və qanunla müəyyən edilməsidir: “Qərar qəbul edən dövlət qurumlarının səlahiyyət və məsuliyyəti dəqiq göstərilməlidir ki, sui-istifadə halları minimuma ensin. Belə bir qanun qəbul olunarsa, bu, mübahisələrin və qalmaqalların azalmasına ciddi təsir göstərə bilər.

Eyni zamanda hər bir əmlakın qiymətləndirilməsi müstəqil və lisenziyalı qiymətləndirmə təşkilatları tərəfindən aparılmalıdır. Burada əsas sual xidmət haqqının kim tərəfindən ödənilməsidir. Bu məsələ açıq qalarsa və vətəndaşlara qiymətləndirici seçmək imkanı verilərsə, proses daha ədalətli və şəffaf olar".

Tanınmış hüquqşünas, vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a  bildirib ki, Azərbaycanda vətəndaşın evinin əlindən alınması və ya sökülməsi iki əsas hüquqi əsasla mümkündür: “Birinci hal dövlət və ictimai ehtiyaclar üçün əmlakın alınmasıdır. Məsələn, həmin ərazidə yol, körpü, park və ya digər dövlət əhəmiyyətli layihə həyata keçirilə bilər. Bu sahə "Dövlət ehtiyacları üçün torpaqların alınması haqqında" Qanunla tənzimlənir. Düzdür, həmin qanunda da müəyyən boşluqlar mövcuddur və təkmilləşdirilməyə ehtiyac var. Ehtimal edirəm ki, hazırda müzakirə olunan təşəbbüs də məhz bu qanunun sərtləşdirilməsi və mexanizmlərinin dəqiqləşdirilməsi ilə bağlıdır. Lakin xüsusi qeyd etmək lazımdır ki, son illərdə vətəndaşların evləri dövlət ehtiyacları üçün o qədər də geniş miqyasda alınmır. Mövcud mübahisələrin əsas hissəsi başqa səbəbdən qaynaqlanır. Əlbəttə, dövlət ehtiyacları üçün alınma hallarında da problemlər olur və kompensasiyanın əvvəlcədən ödənilməsi, bazar dəyərinə uyğun müəyyənləşdirilməsi kimi məsələlər tam təmin edilməlidir".

Ekspert deyir ki, ancaq əsas problem fərqlidir: “Söhbət ondan gedir ki, bəzi hallarda vətəndaşların evləri birbaşa dövlət tərəfindən deyil, tikinti şirkətləri tərəfindən sökülür. Praktikada proses belə baş verir: Bakı Şəhər İcra Hakimiyyəti  binanın yerləşdiyi torpaq sahəsini tikinti şirkətinin istifadəsinə verir və ona vətəndaşlarla razılaşaraq söküntü aparmağı tövsiyə edir. Şirkət bir qisim sakinlə razılaşdıqdan sonra digərlərinin razılığı olmadan söküntü işlərinə başlayır. Bu isə ciddi hüquqi suallar doğurur. Əgər adi bir vətəndaş şəhərdə özbaşına nəsə sökməyə və ya tikməyə cəhd etsə, dərhal müdaxilə olunar. Lakin bəzi hallarda tikinti şirkətləri məhkəmə qərarı olmadan, səlahiyyətli dövlət orqanının konkret söküntü qərarı olmadan binaların sökülməsinə başlayırlar və buna real nəzarət mexanizmi görünmür”.

Hüquqşünasın sözlərinə görə,  bu gün vətəndaşların məhkəməyə müraciət etmək və mübahisələndirmək imkanı var: “Əgər yeni mexanizm bu imkanı faktiki olaraq aradan qaldırarsa və ya zəiflədərsə, bu artıq vətəndaşların deyil, daha çox tikinti subyektlərinin maraqlarına xidmət etmiş olar. Mənim fikrimcə, əsas prioritet mülkiyyət hüququnun real və effektiv müdafiəsidir. Qanunvericilikdə prinsip etibarilə yazılıb ki, dövlət istisna olmaqla, heç kəs başqasının əmlakını onun razılığı olmadan ala bilməz. Problem qanunun olmamasında deyil, bəzi hallarda onun icrasının təmin edilməməsindədir. Yeni qanun hazırlanarkən əsas məqsəd mülkiyyət hüququnun zəiflədilməsi yox, əksinə, daha güclü qorunması olmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Mart 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri