Icma.az
close
up
RU
Evi sənədsiz olanlara müjdə: PROSES BAŞLADI

Evi sənədsiz olanlara müjdə: PROSES BAŞLADI

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Azərbaycanda minlərlə insan illərdir yaşadıqları evlərə və torpaqlara dair çıxarış (kupça) ala bilmədiyi üçün hüquqi qeyri-müəyyənlik içində yaşayır. Xüsusilə sovet dövründə vətəndaşlara ayrılmış torpaq sahələrinin sonrakı taleyi, qanuni statusu illərlə həll olunmamış qalırdı. Nəhayət, bu problemə son qoyacaq addım atılıb: Prezident İlham Əliyevin imzaladığı fərmanla sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələrinin mülkiyyət hüququnun tanınmasına və bu torpaqlar üzərindəki evlərin sənədləşdirilməsinə başlanılıb.

Prezidentin imzaladığı son fərmanla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısına dəyişiklik edilib. Bu dəyişikliklə sovet dövründə vətəndaşlara verilmiş torpaq sahələri üzrə hüquqlar tanınacaq və müvafiq çıxarışlar veriləcək.

Söhbət daha çox Azərbaycan SSR dövründə Xalq Deputatları Sovetləri tərəfindən vətəndaşlara müvəqqəti və ya daimi istifadəyə ayrılmış torpaq sahələrindən gedir. Həmin torpaqlarda son 35-40 ildə evlər tikilib, həyətlər salınıb, ancaq insanlar dövlət reyestrindən çıxarış ala bilməyiblər. İndi isə həmin torpaq sahələrinə dair mövcud sənədləri olan şəxslər müvafiq qurumlara müraciət edərək rəsmi sənədlərini əldə edə biləcəklər.

Fərman yalnız sovet dövründə verilmiş torpaq sahələrinə şamil edilir. Yəni bələdiyyələrdən alınmış və hələ də çıxarışı olmayan torpaqlar bu mərhələdə əhatə olunmur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, artıq proses başlayıb və vətəndaşlar ASAN Xidmət mərkəzlərinə və Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər.

Qurumdan qeyd olunub ki, sovet dövründən qalan vətəndaşların istifadəsində olan, ilkin sənədləri mövcud torpaqlar dövlət reyestrinə daxil ediləcək və sahiblərinə çıxarış təqdim olunacaq.

Bu amnistiya yalnız sovet dövründən gələn sənədlərə əsaslanan evlərə şamil olunur. Yəni 1995-ci ildən sonra, xüsusən də bələdiyyələrdən sadəcə kağız əsasında torpaq almış və heç bir arxiv sənədi olmayan şəxslər hələlik bu prosesdən kənarda qalır. Bu da o deməkdir ki, Abşeron yarımadasında olan təqribən 500 min sənədsiz evdən böyük bir hissə hələ də hüquqi qeydiyyatdan kənardadır. Lakin ekspertlərin fikrincə, bu fərman ən azı 150-200 min ailənin problemini həll edə bilər. Bu isə ciddi rəqəmdir.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirib ki, fərman sovet hökuməti dövründə kənd və qəsəbə sovetlərinin sərəncamı ilə verilmiş torpaq sahələrinə şamil olunur. Onun sözlərinə görə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş evlərin leqallaşması üçün yol açır: “Çünki bizim qanunvericiliyə uyğun olaraq, kənd təsərrüaftı təyinatlı torpaqlarda evlərin tikintisi yalnız kənd təsərrüfatı üçün nəzərdə tutulub. Fərdi evlərin tikintisinə qanunla yol verilmir. Dəyişikliyə görə, kənd ərazisində və qəsəbələrdə yaşayan vətəndaşlar həmin kateqoriyaya aiddirlər və öz mülkiyyət sənədlərini əldə edə biləcəklər. Vətəndaş mülkünü rəsmiləşdirəndən sonra rahatlıqla onu sata və ya girov qoya bilər. Digər kateqoriyaya aid olan torpaqların da leqallaşması istiqamətində hazırda hökumət iş aparır. Çox güman ki, bu ilin sonuna kimi o istiqamətdə də siyahı genişləndiriləcək. Birdən-birə olması mümkün deyil, amma müəyyən qədər leqallaşma işləri aparılacaq. Belə torpaq sahələrinin, mülklərin statistikası haqqında Əmlak Məsələləri Dövlət Xidməti bir neçə il ərzində siyahı apardıqdan sonra dəqiq məlumat söyləmək mümkün olacaq. İşğaldan azad olunmuş əraziləri nəzərə almasaq, Azərbaycanın qalan bütün rayon və kəndlərində belə rəsmiləşdirməyə ehtiyac var. Kolxozlar və sovxozlar, kənd və qəsəbə sovetləri tərəfindən verilmiş xeyli sayda sənədlər var. Onların hamısı leqallaşdırılmalıdır”. 

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyib ki, kupçasız evlər probleminin həlli istiqamətində atılan addımlar təqdirəlayiqdir: “Sovet dövründə verilmiş torpaq sahələri, faktiki istifadədə olan və ilkin sənədləri (məsələn, sovet dövrü sərəncamları, şəhadətnamə və s.) olan hər bir torpaq üçün mülkiyyət hüququ tanınacaq. Bu tip sahələr 2001-ci ildən əvvəl vətəndaşların istifadəsində olubsa, ilkin sənədlərə əsasən "kupça" (çıxarış) veriləcək.

Bu yeni hüquq yalnız keçmiş sovet vaxtı sənədləri olan torpaqlara şamil edilir. Bəyan olunan məqsəd 35-40 ildir faktiki məskunlaşılmış, lakin rəsmi qeydiyyata alınmamış torpaqların dövlət qeydiyyatını həyata keçirməkdir.

Bakıda təmtəraqlı ehsan qadağası - nə vaxt, harada?

Əvvəlki qanun və fərmanlarda qeydiyyatsız torpaqların dövlət qeydiyyatı yalnız çox məhdud şərtlərlə mümkündür. Əsasən rəsmi sərəncam əsasında təyinat dəyişdirilməyi və ya uzun illər ərzində istifadə olunması ilə bağlı arayışlara əsaslanırdı. Bu gün sovet vaxtından gəlmiş sənəd varsa, proses başlanıb. Əgər ilkin sənəd yoxdursa, yeni dəyişikliklər sizin mülkünüzə şamil olunmur. Bu dəyişiklik yenidir, əvvəlki qanun və sərəncamlarla eyni deyil. Yəni sovet dövrü sənədlərə əsaslanan genişmiqyaslı amnistiya mahiyyətindədir. Sovet dövrü sənədləri olan vətəndaşlar üçün kupça alma şərti belədir: Müvafiq sənəd + faktiki istifadə + ASAN/Əmlak Xidmətinə müraciət. Əgər siz sovet zamanından istifadə olunan torpaqla bağlı faktiki əsaslara sahibsinizsə, hazırda kupça almaq üçün imkan yaranıb".

Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, bu fərman nəticəsində 100 minlərlə vətəndaş öz əmlaklarına mülkiyyət sənədlərini əldə etmək hüququ qazanıb: “Ayrı-ayrı dövrlərdə vətəndaşlara müxtəlif dövlət orqanları tərəfindən mülkiyyət sənədləri verilmişdi. Lakin bu sənədlər əsasında mülkiyyət hüququnun alınması mümkün deyildi. Hər il ƏMDX vətəndaşların müraciətləri əsasında təhlillər aparır. Vətəndaşların əlində 439-cu Fərmanla təsbit olunan sənədlərdən fərqli sənədlər də var. Bu dəyişikliyin mahiyyəti müxtəlif orqanlar tərəfindən verilmiş sənədlərə hüquqmüəyyənedici sənəd statusu gətirməkdir”.

N.Alimova əlavə edib ki, əvvəlki dövrlərdə, xüsusilə 2001-ci il yanvar ayının 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri əllərində olan vətəndaşlar - əgər torpaq sahəsinin ölçüsü göstərilibsə, bu sənədlərlə müraciət edərək həm torpaq, həm də tikili üzərində hüquqlar əldə edə biləcək. Artıq həmin tikilinin və ya bağ evinin qeydiyyatdan keçib-keçməməsi şərti aradan götürülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri