Icma.az
close
up
RU
Evimə girdi, arvadımdan narşərab istədi, mən də döydüm 26 manata görə həbsə düşdü

Evimə girdi, arvadımdan narşərab istədi, mən də döydüm 26 manata görə həbsə düşdü

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Füzuli rayonunda 1993-cü il təvəllüdlü Mədət həmyerlisi Vüqara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 30-da rayonun kəndlərində baş verib. Mədət həmin gün saat 19 radələrində kənddə yerləşən yaşadığı evin həyətinə gəlmiş həmkəndlisi Vüqar ilə aralarında olan borc məsələsinə görə, yəni zərərçəkmiş şəxsin ondan borcunu istəməsini bəhanə gətirib, onun sifət nahiyəsinə yumruqla iki dəfə, yerdən götürdüyü şüşə materialdan olan boşqabla alın nahiyəsinə bir dəfə, daha sonra isə təsərrüfatda istifadə olan bellə sağ ayağının topuq nahiyəsinə bir dəfə zərbə vurub. 
Mədətin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma)  maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Mədət ona elan olunmuş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə özünü təqsirli bilməyib. O, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ittihamında özünü günahkar sayıb. 
Mədət ifadəsində göstərib ki, zərərçəkmiş Vüqarla eyni kənddə yaşayıb, onunla heç bir düşmənçilik və ya ədavəti, həmçinin qohumluq münasibəti olmayıb:
“Məlum hadisə günü, saat 19 radələrində işdən çıxdım və yaşadığım evə gəldikdən sonra həyat yoldaşım Təhminə tanımadığı bir nəfər şəxsin bizə gələrək məni soruşduğunu, nar şərab istədiyini dedi. Mən əvvəllər nar şərab satmışam. Lakin son illər satmadığım üçün həmin şəxsin kimliyi ilə maraqlanmamışam. Həmçinin, səhhətimdə problemlər olduğu üçün yataq otağına keçdim, həyat yoldaşıma yatacağımı dedim, məni soruşan olsa, evdə olmadığımı deməyini bildirdim”.
Təqsirləndirilən şəxs deyib ki, bundan təxminən 10-15 dəqiqə sonra kiminsə onu soruşduğunu, həyat yoldaşının isə onun evdə olmadığını söyləməsini eşidib:
“Bu vaxt həmin şəxsin həmkəndlim Vüqar olması mənə məlum oldu. Vüqar evin ikinci mərtəbəsinin girişdə olan kiçik ölçülü otağına girdi, həyat yoldaşımdan mobil telefon nömrəsini istəməsini eşitdim. Tez evin yataq otağından çıxdım və qonaq otağına çıxan zaman Vüqar adlı həmkəndlimin sərxoş vəziyyətdə artıq evimin qonaq otağında olduğunu gördüm. Əsəbləşərək yaşadığım evə gəlməyinin səbəbini soruşdum. Həmin şəxs ilk öncə nar şərab almaq üçün gəldiyini dedi. Ona artıq nar şərab satmadığımı dedim. Vüqar bizdə başqa işinin olduğunu deyən zaman əsəbləşərək ilk öncə üzərinə getdim, yumruqla Vüqarın sifət nahiyəsinə 2-3 dəfə zərbə vurdum. Vüqarı evin dəhliz hissəsinə çıxardım. Həmin vaxt o, sinəmdən tutduğu üçün əlim ilə onu kənara itələdim və oradakı şüşə materialdan olan boşqabı götürərək alın nahiyəsinə zərbə vurdum. Vüqarın baş nahiyəsindən qan axmağa başladı. Həmin vaxt Vüqar evin ikinci mərtəbəsinin girişində, yəni pilləkənlərin üzərində oldu. Bu vaxt əsəbləşdiyim üçün Vüqarı yenidən döymək istəyən zaman əlim ilə onun sinəsindən itələdim. O, evin ikinci mərtəbəsinə çıxmaq üçün istifadə etdiyimiz pilləkənlərdən yerə yıxıldı. Mən Vüqara nə isə olub-olmamasına baxmaq üçün onun yanına gedən zaman ünvanıma nalayiq ifadə işlətdiyi üçün evin həyətində olan beli götürdüm və onun üzərinə gedən zaman həyat yoldaşım beli əlimdən aldı. Vüqar yıxıldığı yerdən duraraq axsaya-axsaya həyətdən çıxan zaman onun sinə nahiyəsindən yenidən yumruqla bir zərbə vurdum. Bu zaman Vüqar həyətdən çölə çıxdı, yerdə oturaraq ayağının sındığını dedi”. 
Təqsirləndirilən şəxs ifadəsində onu da qeyd edib ki, Vüqarı öldürmək niyyəti olmayıb, sadəcə olaraq yaşadığı evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşından mobil telefon nömrəsini istədiyi üçün onu döyərək cəzalandırmaq istəyib. 
Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilərək cinayət işi üzrə cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməsini istəyib
İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, Mədətin ona 26 manat borcu olub: “Ondan hər dəfə borcunu istədim. Mədət qısa müddətdə qaytaracağını söyləyirdi. Sonuncu dəfə, yəni baş vermiş hadisədən təxminən 10 gün əvvəl Mədətdən mənə olan borcunu istəyən zaman o, əvəzində nar şərab verəcəyini dedi”. 
Zərərçəkmiş şəxs qeyd edib ki, məlum hadisə günü, saat 18 radələrində kənd ərazisində olan zaman Mədətin yaşadığı evin həyətinə gedib, onu çağırıb:
“Həmin vaxt Mədətin həyat yoldaşı çölə çıxaraq onun evdə olmadığını, məni nəyə görə axtardığını soruşdum. Mən də cavab olaraq, Mədətin borcu olduğunu, əvəzində nar şərab verəcəyini dedi və oradan çıxaraq öz yaşadığım ev istiqamətində getdim. Bundan təxminən 1 saat sonra  kənd ərazisində Mədətin anası Cəmiləni gördüm və oğlunun borcu olduğunu, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmadığını dedim. Cəmilə də oğlunun evə indi gəldiyini, mənə olan borcunu gedərək özündən almağımı bildirdi. Bundan sonra yenidən Mədətin yaşadığı evə getdim, onu çağırdım. Həyat yoldaşı da Mədətlə birlikdə çölə çıxdı. Mədətə mənə olan borcunun əvəzində nar şərab verəcəyini dediyini, həmin nar şərabı verməyini dedi. Bu vaxt Mədət mənə olan borcunu qaytarmamaq üçün anidən səs-küy salaraq həyat yoldaşım üçün onlara gəldiyimi dedi. Mədətin həmin sözündən sonra əsəbləşərək ona öz iradımı bildirdim. Bu vaxt Mədət yumruqla sifət nahiyəmə 2 dəfə zərbə endirdi. Həmçinin şüşə qabla başıma zərbə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Mədət bundan sonra orada olan beli götürərək sağ ayağıma zərbə vurdu və bel sağ ayağımın topuq nahiyəsinə dəyərək mənə xəsarət yetirdi”. 
Füzuli Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilib.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1 və 1.16-cı bəndləri tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxsin barəsində bu cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri