Icma.az
close
up
RU
6 manata görə söyüldü, satıcını döydü, həbsə düşdü Təfərrüat

6 manata görə söyüldü, satıcını döydü, həbsə düşdü Təfərrüat

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yevlax rayonunda mağaza sahibi döyülüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhəri, R.Məmmədov küçəsində baş verib. 1992-ci il təvəllüdlü Nahid həmin küçədə Nüsrətəlinin yaşadığı evin və ticarətlə məşğul olduğu mağazanın qarşısında onunla söhbət edib. 
Bu zaman Nüsrətəli ondan əvvəllər nisyə aldığı ərzaq məhsullarının pulunu ödəməsini Nahiddən xahiş edib. Nahid isə nisyə aldığı ərzaq məhsullarının pulunu ödəməyəcəyini onun üzünə qarşı deyib və heç bir əsaslı səbəb olmadan ünvanına nalayiq söyüşlər söyüb. Sonra əli ilə mağaza sahibinin sifət nahiyəsinə vurub.
İş üzrə ifadə verən Nahid özünü ona verilən ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Nüsrətəli onun qonşusudur: “Nüsrətlə heç bir düşmənçiliyim və ədavətim olmayıb. Onun evin həyətyanı sahəsində kiçik ərzaq mağazası var və mağazada ərzaq məhsulları satır. 2025-ci ilin may-iyun aylarında Nüsrətin mağazasından 6,30 manatlıq qənd, pesok və çörək almışam. Pulum olmadığı üçün borcumu ödəyə bilmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 21 radələrində evinin qarşısında telefonla danışarkən Nüsrətəli ona olan pul borcunu nəyə görə vermədiyini soruşub və ünvanına təhqiramiz ifadələr işlədib: “Bundan əsəbləşərək Nüsrətin üstünə gəldim və yumruqla çənə nahiyəsinə bir dəfə zərbə vurdum. Zərbənin təsirindən Nüsrət yerə yıxıldı. Bundan sonra öz yaşadığım evə getdim. Yaşar adlı qonşum isə Nüsrətin yanına yollandı və Nüsrəti yerdən durmağa kömək etdi, onu öz evlərinə apardı”. 
Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən səmimi olaraq peşiman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini deyib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən səmimi olaraq peşman olduğunu və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq olunmasını xahiş edib.
Yevlax Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində amnistiya aktı tətbiq edilib və cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Aprel 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri