Icma.az
close
up
RU
Evini satıb, pulunu müvəqqəti saxlamaq üçün bacısına verdi, amma... GƏNCƏDƏ BACILAR ARASINDA MAL MÜLK DAVASI

Evini satıb, pulunu müvəqqəti saxlamaq üçün bacısına verdi, amma... GƏNCƏDƏ BACILAR ARASINDA MAL MÜLK DAVASI

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə şəhər sakini Tünzalə Əsgərova (atasının adını qeyd etmir - müəl.) tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, haqsızlıq üzləşib, bacıları ona aid olan əşyaları oğurlayıb:

“Mən, Əsgərova Tünzalə, yazaraq bildirirəm ki, 2014-cü ildə evimi satmışam. Yeni ev alana qədər 32 min dollar pulu müvəqqəti saxlamaq üçün bacım Əsgərova Ziyafətə verdim. Evimin əşyalarını isə bacım Süleymanova Yazgülün evində bir otağa yerləşdirdim, otağın açarını isə özümlə götürdüm.

Bir müddət sonra bacımdan evimin pulunu tələb etdikdə, Əsgərova Ziyafət pulu qaytarmaq istəmədi. Məcbur qalıb, məhkəməyə müraciət etdim. Hakim qərar qəbul etdi ki, həmin pulun 25 min manatı mənə qaytarılsın.

Sonradan digər bacım Yazgül əşyalarımın, pulumun və qızılımın bacılarım Əsgərova Ziyafət və Əsgərova Səxavət tərəfindən oğurlandığını bildirdi. Polisə şikayət etdim. Evləri axtarıldı və mənə aid əşyalar tapıldı. Ekspertizada təsdiq olundu ki, əşyalar mənə aiddir. Əsgərova Səxavətin evindən əl yazmam da çıxdı. Üstəlik, paltarlardan DNT testi götürüldü, mənə aid olduğu ortaya çıxdı.

Birinci instansiya məhkəməsi Əsgərova Səxavət və Əsgərova Ziyafətin hər birinə 2 il ev dustağlığı cəzası verdi. Apellyasiya şikayəti verdim, qərar qüvvədə qaldı. Ali Məhkəməyə müraciət etdim, hakim Rəşad Abdulov bu qədər sübut və dəlillərin, şahid ifadələrinin olmasına baxmayaraq, yetərsiz hesab etdi və işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə geri qaytardı.

Əşyalarımın hamısı küçəyə tökülüb, artıq 4 ildir ki, orada yararsız vəziyyətə düşüb. Eyni zamanda, məhkum olunmuş şəxslər əsassız olaraq məhkəməyə verir ki, güya, onların şərəf və ləyaqətini alçaltmışam. Dəfələrlə cərimə etdiriblər.

Xahiş edirəm, ədalətin öz yerini tapmasına kömək edəsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2025 05:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri