Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz HÜQUQŞÜNAS
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Azərbaycan Respublikası Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb.
Avtosfer.az xəbər verir ki, Ali Məhkəmə qərarında bildirib ki, müşahidə kameraları yalnız şəxsin öz mənzilinin girişini və əmlakını qorumaq məqsədi daşımalı, digər sakinlərin mənzillərini, hərəkətlərini və şəxsi həyatını izləyəcək şəkildə quraşdırılmamalıdır. Əks halda, bu, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı hüquqşunas Ramil Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin şəxsi həyatın toxunulmazlığı ilə bağlı qəbul etdiyi qərar həm qanuni, həm də mühüm hüquqi əhəmiyyət daşıyır:

"Fərdi yaşayış evi və ya mənzilin təhlükəsizliyi məqsədilə quraşdırılan müşahidə kameraları elə yerləşdirilməlidir ki, digər qonşuların şəxsi həyatına müdaxilə etməsin və onların mülkiyyət hüquqlarını pozmasın. Qonşular təhlükəsizlik məqsədilə quraşdırılmış kameranın baxış bucağı ilə tanış olmaq və onun digər mənzilləri və ya ümumi istifadə sahələrini izləmədiyinə əmin olmaq hüququna malikdirlər. Kamera sahibi qonşunun bu tələbini nəzərə almağa borcludur. Əgər kamera sahibi bu tələbi yerinə yetirməzsə və vətəndaş hüquqlarının pozulduğunu hesab edərsə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya məhkəməyə müraciət edərək həmin hərəkətlərin dayandırılmasını tələb edə bilər".
Hüquqşünas əlavə edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi həyatın toxunulmazlığını pozan əməllərə görə 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək islah işləri cəzası tətbiq oluna bilər.
Fatimə Dadaşova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 09 İyul 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















