Icma.az
close
up
RU
Kimsə qışqıraraq qonşunun rahatlığını pozmamalıdır Hüquqşünas

Kimsə qışqıraraq qonşunun rahatlığını pozmamalıdır Hüquqşünas

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Qanunlara riayət etmək hər bir vətəndaşın vəzifəsidir, borcudur

Paytaxtda səs-küy salan şəxslər inzibati məsuliyyətə cəlb edilib. Binə qəsəbəsi ərazisində yerləşən “Səda” şadlıq sarayında içki qəbul etməsi nəticəsində sərxoş olaraq ucadan nalayiq ifadələr işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Həmin şəxs Xəzər Rayon Məhkəməsinin qərarı ilə 50 manat məbləğində inzibati qaydada cərimə edilib. O, məhkəmə iclas zalından azad edilib. Digər hadisə isə Xırdalan şəhərində parkda baş verib. Yanvarın 6-da gecə saat 2 radələrində Heydər Əliyev parkında Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü Vüsal Babayev (ad-soyad şərtidir) dostları ilə ucadan danışıb, dava ediblər. O, polis əməkdaşının ictimai asayişin mühafizəsi üzrə qanuni tələblərinə qəsdən tabe olmayıb.

V.Babayev izahatında bunları təkzib etsə də, faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol yazılıb. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Babayev 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Xatırladaq ki, ötən il Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər təklif olunub. Layihəyə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək. Hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir. Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. O zaman vətəndaşlar daha diqqətli olmağa, başqalarının dincliyini pozmamağa səy göstərməli olacaqlar. 

Hüquqşünas Mehman Muradlı “Sherg.az”a açıqlamasında bildirdi ki, hər bir vətəndaşın hüquqları olduğu kimi, vəzifələri də var və heç kim bunu yaddan çıxarmamalıdır: 

- Xırdalan şəhərində parkda baş vermis hadisə zamanı böyük ehtimalla hüquq-mühafizə orqanlarına itaətsizlik edilib, bu, polisə tabesizlikdir. Ona görə də həmin şəxs 8 gün müddətinə inzibatı qaydada həbs edilib. Şadlıq sarayında baş vermiş hadisədə isə vətəndaşa yüngül cəza verilib. Məsələyə ictimai məzmun baxımından yanaşsaq, bu, cəmiyyətdir. Cəmiyyətdə hər cür insan var. Biri dalaşqandır, kobuddur, bir başqası sakit, qanun-qaydanı nəzərə alan... Qanunlar ona görə nəzərdə tutulur ki, nizam-intizam olsun. Qanunları pozanlar dərəcəsindən asılı olaraq həm inzibati qaydada, həm də Cinayət Məcəlləsinin maddələri ilə məsuliyyətə cəlb oluna bilər. Qanunlara riayət edilməlidir. Eyni zamanda insanların hüquqları da nəzərə alınmalıdır. Kimə deyə bilərsən ki niyə qışqırırsan?! Əlbəttə, əgər bu qışqırıq, səs-küy başqasının rahatlığını pozmursa, ictimai yerdə baş vermirsə. Bir var, hüquq, bir də var vəzifə. Kiminsə qışqırmamaq kimi bir vəzifəsi yoxdur. Amma qanunlara riayət etmək hər bir vətəndaşın vəzifəsidir, borcudur. Vətəndaşların hüquqları olduğu kimi, hüquqları qorunduğu kimi, ictimai qaydalar da qorunmalı, vətəndaşların dincliyinin, istirahətinin pozulmasına yol verilməməlidir. İnsan bəzən özünə hər cür hüququ tanıyır, istədiyi kimi hərəkət etmək, davranmaq istəyir. Amma nəzərə almalıdır ki, onun davranışı ətrafdakıları narahat edirmi? Narahat edirsə, bu, artıq vəzifələrin gözardı edilməsidir. Cəmiyyətdə insanların bir-birinə münasibətləri tənzimlənməlidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri