Icma.az
close
up
RU
Evlənənlərdən psixoloji test də götürülsün Ekspert

Evlənənlərdən psixoloji test də götürülsün Ekspert

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda nikaha daxil olmaq üçün tələb olunan sənədlərin sayının artırılması ilə bağlı müzakirələr aktuallaşıb. Xüsusilə narkoloji arayışın əlavə edilməsi təşəbbüsü cəmiyyət tərəfindən müxtəlif yanaşmalarla qarşılanır. Bu cür dəyişikliklərin nə dərəcədə əsaslı və ailə institutunun qorunmasına, eləcə də boşanma hallarının azalmasına real təsir göstərə biləcəyi müzakirə mövzusudur. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, əgər bu müayinələr dövlət tərəfindən qarşılansa, bu, həm sosial baxımdan daha ədalətli olar, həm də daha çox insanın bu prosesdən faydalanmasına şərait yaradar. 
"Bu müayinələrə mütləq şəkildə psixoloji testlərin də əlavə olunması vacib hesab olunur. Çünki bu gün ailələrin dağılmasının əsas səbəblərindən biri tərəflərin ailə həyatına psixoloji baxımdan hazır olmamasıdır. İnsanlar çox vaxt emosional qərar verərək evlənir, lakin sonradan məsuliyyətlər, gözləntilər və gündəlik həyatın reallıqları ilə üzləşdikdə çətinlik yaşayırlar. Eyni zamanda, kompromisə getməyi bacarmamaq, qarşı tərəfi anlamaqda çətinlik çəkmək və ünsiyyət problemləri də ailədaxili münaqişələrin əsas səbəblərindəndir".
Sosioloq bildirib ki, bu baxımdan, psixoloji testlər vasitəsilə tərəflərin xarakter xüsusiyyətləri, stressə davamlılığı, ünsiyyət bacarıqları və ailə həyatına yanaşmaları əvvəlcədən müəyyən edilə bilər.
"Əgər tərəflərin psixoloji vəziyyəti əvvəlcədən qiymətləndirilsə və nəticələr hər iki tərəfə təqdim olunsa, onlar gələcəkdə qarşılaşa biləcəkləri çətinlikləri daha aydın görə, bir-birlərini daha yaxşı tanıya və daha düşünülmüş qərar verə bilərlər. Bu səbəbdən də psixoloji testlərin tətbiqi yalnız tövsiyə deyil, zəruri addım kimi qiymətləndirilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Aprel 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see344

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see344

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see279

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see274

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see232

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see224

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see220

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see207

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see203

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see190

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see190

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see187

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see182

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see179

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see176

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see174

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see169

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see167

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri