Icma.az
close
up
RU
Səhər yeməyi psixoloji tarazlıq üçün vacibdir EKSPERT AÇIQLADI

Səhər yeməyi psixoloji tarazlıq üçün vacibdir EKSPERT AÇIQLADI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnsanlar artıq yetkinlik yaşını keçmiş, müəyyən bir yaşdadırlar — 20-30 və ya 35-40 yaş arası. Bu insanlar həmin yaşa qədər hər zaman səhər yeməyi qəbul ediblər. Səhər yeməyini qəbul etdikdən sonra işlərinin arxasınca gediblər. Yəni, illərlə formalaşmış bir vərdişdən söhbət gedir. Əgər insanlar bu yaşdan sonra səhər yeməyini tərgidərlərsə, bədən artıq öyrəşdiyi bu qidanı qəbul etmədiyi üçün müəyyən dəyişikliklər baş verəcək". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, təbii ki, bu həm psixoloji, həm də fizioloji baxımdan özünü göstərəcək: "İnsanda yorğunluq hissi yaranacaq, insulin səviyyəsində və bədəndəki şəkər balansında dəyişiklik müşahidə ediləcək. Qlükozanın səviyyəsi də bu prosesdən təsirlənəcək. Bu məsələni daha ətraflı, təbii ki, həkimlər izah edə bilərlər.

Səhər yeməyi həm gün ərzində insanların enerjisini qorumağa, həm də iş saatlarında balanslı fəaliyyət göstərməyə kömək edir. Əgər səhər yeməyi qəbul edilməzsə, qan şəkərinin düşməsi müşahidə oluna bilər. Bu hal uşaqlarda daha qabarıq şəkildə özünü göstərir. Bildiyimiz kimi, uşaqlar səhər yeməyindən sonra məktəbə gedirlər, aktiv fəaliyyət göstərirlər. Əgər səhər yeməyi qəbul edilməzsə, bədəndə olan xolesterin balansı da poza bilər. Yaxşı və zərərli xolesterin səviyyələri arasında tarazlıq pozulduqda, bu da orqanizm üçün mənfi nəticələrə gətirib çıxarır.

Bəzən müşahidə olunur ki, insanlar yuxudan durur, lakin səhər yeməyi yemədən birbaşa siqaret çəkirlər. Təbii ki, bu zaman bədənin balansı pozulur, əsəbilik artır, psixoloji gərginlik yaranır. Bu, həm də insanın ümumi əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Deməli, səhər yeməyi təkcə yemək faktoru kimi deyil, həm də psixoloji tarazlıq üçün vacib amildir. Səhər yeməyi insanın gün ərzində gərginlik keçirməməsi, daha rahat və enerjili olması baxımından böyük əhəmiyyət daşıyır.

Məsələyə təkcə qidalanma aspektindən baxmaq düzgün olmaz. Səhər yeməyi həm bədənin, həm də beynin fəaliyyətinə birbaşa təsir edir. Bəzi tədqiqatlarda qeyd olunur ki, səhər yeməyi yeyən insanlarda ürək xəstəlikləri və qəfil ölüm riski daha az olur. Bu, tam elmi şəkildə sübut edilməsə də, müşahidə olunan bir tendensiyadır. Eyni zamanda, səhər yeməyi yeməyən insanların gün ərzində daha çox kalori qəbul etmək ehtiyacı yaranır. Yəni, gün ərzində artıq yemək halları baş verir. Əgər yorğunluq, əsəbilik və diqqət dağınıqlığı kimi hallardan qaçmaq istəyiriksə, mütləq normal şəkildə səhər yeməyi qəbul edib sonra günə başlamalıyıq. Bu, həm sağlamlıq, həm də gün ərzində səmərəli fəaliyyət baxımından vacibdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri