Evlərə, həyətlərə və maşınlara DOLUR Bu il ilanların sayı niyə artıb?
Icma.az, Olke.az saytına istinadən bildirir.
Bu il Azərbaycanın bir sıra bölgələrində ilanların sayında nəzərəçarpacaq artım müşahidə olunur. Demək olar ki, hər gün sosial şəbəkələrdə və yerli xəbər portallarında ilanların kənd evlərinə, həyətlərə, tarlalara, hətta maşınlara daxil olması ilə bağlı məlumatlar yer alır.
Maraqlıdır, görünüşü belə vahimə yaradan ilanların artmasına səbəb nədir?
Ölkə.az xəbər verir ki, AMEA Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində ilanlar hər zaman mövcuddur, lakin qış aylarında onlar qış yuxusuna getdikləri üçün görünmürlər:
“Aprel ayından etibarən ilanlar qış yuxusundan oyanır və ətraf ərazilərə səpələnirlər. İlanlar əsasən kol-koslu, daşlı və isti-quraq ərazilərdə yaşayırlar. Hazırda insanlar bu ərazilərə müdaxilə edir, yaşayış məskənləri salır, obyektlər tikirlər. Bu isə ilanların təbii yaşayış mühitinin daralmasına səbəb olur. Belə hallarda ilanlar məcbur qalaraq insanların yaşadığı ərazilərə yaxınlaşırlar.”
Mütəxəssis əlavə edib ki, iqlim dəyişikliyi də bu prosesi sürətləndirir:
“İsti hava şəraiti ilanların qış yuxusundan daha tez oyanmasına və qida axtarışına çıxmasına səbəb olur. İnsanlar tərəfindən tikinti işləri aparıldıqca ilanların yaşayış sahələri daralır və onlar kiçik, boş ərazilərdə məskunlaşmağa məcbur olurlar”.
Təvəkkül İsgəndərov onu da əlavə edib ki, səbəblərdən biri də əhalinin sıxlığının artmasıdır:
“Əvvəllər bir ərazidə 5-10 nəfər yaşayırdısa, indi orada 100 nəfər yaşayır. İnsan sayı artdıqca ilan görənlərin sayı da artır. Üstəlik, ilanlar günün 24 saatını hərəkətdə olurlar, bu da onlarla qarşılaşma ehtimalını yüksəldir”.
Qeyd edək ki, mütəxəssislər ilanlarla rastlaşdıqda soyuqqanlı davranmağı, onlara toxunmamağı və dərhal aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 İyun 2025 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















