Icma.az
close
up
RU
Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Ərp suyun mineral tərkibi ilə bağlıdır"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, hidrogeoloq Allahverdi Tağıyev bildirir ki, kran suyunun qaynadılmasından sonra çaydanın dibində və divarlarında yaranan ağ çöküntünün əsas səbəbi suyun codluğudur: "Suyun codluğu əsasən onun tərkibində həll olmuş kalsium və maqnezium ionlarının miqdarı ilə müəyyən edilir. Xüsusilə hidrokarbonatlarla zəngin su qızdırıldıqda və ya qaynadıldıqda kalsium karbonat kimi az həllolan birləşmələr çökür və məişətdə "ərp" adlandırdığımız təbəqə yaranır. Sadə desək, çaydanda gördüyümüz ağ ərp əksər hallarda xlor deyil, suyun təbii mineral tərkibinin nəticəsidir. Məsələn, kalsium hidrokarbonat qızdırıldıqda kalsium karbonata çevrilərək çökə bilir. Buna görə də eyni su soyuq halda şəffaf görünsə də, qaynadıldıqdan sonra qabın dibində ağ çöküntü yarana bilər".

"Bakıda suyun codluğu mənbədən asılıdır"

A.Tağıyevin sözlərinə görə, Bakının bəzi ərazilərində kran suyunda ərpin daha çox yaranmasının əsas səbəbi həmin əraziyə daxil olan suyun mənbəyinin və mineral tərkibinin fərqli olmasıdır: "Bakı və Abşeron vahid bir mənbədən su almır. Hazırda paytaxtın su təminatında Ceyranbatan, Kür, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz kimi müxtəlif mənbələr iştirak edir. Bu mənbələrin hidrogeoloji şəraiti və kimyəvi tərkibi eyni olmadığı üçün onların codluq göstəriciləri də fərqlənir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin açıqladığı orta göstəricilərə görə, ümumi codluq Ceyranbatan mənbəyində təxminən 213-215 mq/l, Oğuz-Qəbələ-Bakı suyunda 242 mq/l, Şollar suyunda 294 mq/l, Xaçmaz suyunda 314 mq/l, Kür mənbəyindən təmizlənən suda isə təxminən 346 mq/l-dir".

Konkret rayonları isə "ən cod su olan rayonlar" kimi sıralamaq düzgün olmaz: "Bakı və Abşeronun su şəbəkəsi qarşılıqlı əlaqələndirilmiş sistemdir. Mənbə göstəricilərinə əsasən Kür, Xaçmaz və Şollar suyunun payı yüksək olan şəbəkə sahələrində ərpin daha tez əmələ gəlməsi mümkündür. Rəsmi məlumatlarda Ceyranbatan sisteminin Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrini və Abşeron ərazisini, Oğuz-Qəbələ-Bakı suyunun isə Abşeronla yanaşı Yasamal, Nəsimi və Səbail rayonlarının müəyyən hissələrini təmin etdiyi göstərilir".

"Köhnə borular ərpin əsas səbəbi deyil"

Hidrogeoloq bildirir ki, boru şəbəkəsinin köhnə olması adətən suyun kalsium-maqnezium codluğunu kəskin artırmır: "Köhnə və korroziyaya uğramış borular suya dəmir birləşmələri, pas hissəcikləri və əvvəllər borunun daxilində toplanmış çöküntülər verə bilər. Bu halda rəngli və ya mexaniki çöküntü müşahidə olunur".

Ərpdən necə qorunaq?

A.Tağıyev qeyd edir ki, çaydanda ərpin yaranması özlüyündə suyun içməyə yararsız və ya standartdan kənar olduğunu göstərmir. Onun sözlərinə görə, yüksək codluq əsasən məişətdə problem yaradır: "Çaydan, kombi, su qızdırıcısı, paltaryuyan və qabyuyan maşınlarda ərpləşməni artırır, enerji sərfiyyatına və avadanlığın işləmə müddətinə mənfi təsir göstərir. Məişət texnikası üçün suyun codluğuna uyğun ion-mübadilə əsaslı yumşaldıcı sistemlərdən və ya konkret avadanlıq üçün nəzərdə tutulmuş ərpə qarşı vasitələrdən istifadə etmək mümkündür. Sadə mexaniki və aktiv karbon filtrləri isə kalsium və maqnezium ionlarını sudan əhəmiyyətli dərəcədə çıxarmır. İçməli su üçün codluğun azaldılması tələb olunursa, ion-mübadilə və ya əks-osmos texnologiyaları daha effektivdir".

"Codluq suyun keyfiyyətsiz olması demək deyil"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov da suyun codluğu ilə keyfiyyəti arasında birbaşa əlaqə olmadığını bildirir: "Codluğu yüksək olan su keyfiyyətsiz su hesab olunmur. Suyun keyfiyyətini müəyyən edən başqa göstəricilər var. Bunlara əsasən bakterioloji və digər kimyəvi göstəricilər daxildir. Bakıya dörd-beş mənbədən su gəlir və bu suların ümumi codluğu təxminən 200-350 milliqram/litr arasında dəyişir".

"Kalsium və maqnezium insan orqanizmi üçün lazımlıdır"

R.Abbasov qeyd edir ki, cod sular içmək üçün yararlıdır: "Suyun tərkibində olan kalsium və maqnezium ionları insan orqanizmi üçün lazımlı minerallardır. Bəzi insanlar evdə cod suyu içməyərək yumşaldılmış və təmizlənmiş suya üstünlük verirlər, eyni zamanda aptekdən də maqnezium və kalsium alırlar. Halbuki bu minerallar suyun özündə də mövcuddur. Yalnız codluğuna görə sudan narahat olmaq düzgün deyil. Cod suyun dadı bir qədər xoşagəlməz ola bilər, amma bu, onun sağlamlıq üçün təhlükəli olduğu anlamına gəlmir".

"Suyun keyfiyyəti daim nəzarətdə saxlanılır"

"İri Şəhərlərin Su Təchizatı" QSC bildirir ki, məişət avadanlıqlarında ərpin yaranması suyun tərkibində təbii şəkildə mövcud olan kalsium və maqnezium kimi mineral maddələrlə əlaqəlidir: "İçməli suyun tərkibi, o cümlədən codluq göstəricisi müəyyən edilmiş normativ tələblərə uyğun olaraq tənzimlənir və nəzarətdə saxlanılır. İçməli suyun keyfiyyəti çoxsaylı fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə kompleks şəkildə qiymətləndirilir və müəyyən edilmiş tələblərə uyğunluğu mütəmadi laborator müayinələrlə yoxlanılır".

Qurumun məlumatına görə, suyun keyfiyyətinə mənbədən istehlakçıya qədər daim nəzarət edilir: "Bakı şəhəri, Abşeron yarımadası və regionların su təchizatı sistemlərində mənbələrdən - yerüstü və yeraltı sulardan - qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması və təhlükəsizliyinin təmin olunması məqsədilə su təmizləyici və zərərsizləşdirici qurğular, həmçinin kimyəvi-bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir. Bu prosesdə dövlət standartının tələblərinə riayət olunur. Əhaliyə verilən içməli su əvvəlcə mexaniki təmizləyici üsulla qum süzgəcindən, daha sonra isə mərhələli şəkildə ultrasüzgəcli qurğulardan keçirilir. Su əhaliyə verildikdən sonra da kənd, qəsəbə və şəhərlər üzrə mütəmadi analizlər aparılır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Oktyabr 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri