Evləri plana düşən 8 ailə köçmək istəmir 200 min manat verirlər
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Bakının Nəsimi rayonu, Hənifə Ələsgərova və Süleyman Rüstəmov küçələrində yaşayan sakinlər ciddi problemlə üzləşib.
BAKU.WS Real TV-ə istinadən xəbər verir ki, buna səbəb ətrafda gedən söküntünün yaratdığı narahatlıq, həm də onların evlərinin sökülməsi üçün təklif olunan məbləğin azlığıdır.
Vətəndaşın sözlərinə görə, təqribi 30 ildən artıqdır bu evdə qalır. 10 il olar ki evinin plana düşdüyünü eşidib.
Lakin indiyədək cəmi 14 ailə köçürülüb və sakinlər tam köçürülməmiş söküntü başlayıb.
Evlərini tərk etməyən sakinləri isə tikinti şirkətinin təklif etdiyi kompensasiya qane etmir.
"Bizə elə qiymətlər deyirdilər ki bu ərazilərdən ev almaq qeyri mümkündür", - deyə sakin vurğulayıb.
Tikinti şirkətin hüquqşunası Ramilə Bağırova deyib ki iddialar əsassızdır və sakinlərin hazırda yaşadıqları evlərin ölçüsü kiçikdir.
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 May 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















