Icma.az
close
up
RU
Bu ölkədə mağazalar və evləri pulsuz verirlər Fotolar

Bu ölkədə mağazalar və evləri pulsuz verirlər Fotolar

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyada əhalinin sürətlə yaşlanması və ailə bizneslərini davam etdirən gənclərin azalması minlərlə mağaza və müəssisəni bağlanma təhlükəsi ilə üz-üzə qoyub.
Bizim.Media xəbər verir ki, sahibkarlar illərlə qurduqları biznesləri qorumaq üçün obyektlərini avadanlıqları ilə birlikdə pulsuz və ya simvolik qiymətə yeni sahiblərinə təklif edirlər.
Ölkədə boş evlərin sayı isə 9 milyona çatıb və onların bəziləri də müəyyən şərtlərlə ödənişsiz verilir.
Yaponiya Maliyyə Korporasiyasının araşdırmasına görə, kiçik və orta müəssisələrin 57,4 faizi sahiblərinin təqaüdə çıxmasından sonra bağlanma riski ilə üzləşir. Hazırda bizneslərin ötürülməsi üzrə platformalarda 42 mindən çox mağaza və müəssisə yeni sahibini gözləyir.
Təklif edənlərin əksəriyyəti 60-70 yaşlarında, biznesləri təhvil alanların çoxu isə 30-40 yaşlarındadır.
Bəzi sahibkarlar üçün əsas məqsəd qazanc əldə etməkdən çox, illərlə qurduqları işin davam etməsidir. Buna görə də mağazalar mebel, mətbəx avadanlığı, reseptlər və təchizatçı əlaqələri ilə birlikdə təhvil verilir. Məsələn, 31 yaşlı Kengo Ohama Miharada 37 il fəaliyyət göstərmiş “Country Road” kafesini yaşlı bir cütlükdən alıb. Kafe 2026-cı il aprelin 14-də yeni konsepsiya ilə yenidən açılıb.
“Business Insider”in məlumatına görə, 29 yaşlı Kota Fujisava da Tokiodakı ofis işini tərk edərək Naganoda qonaq evini aşağı qiymətə əldə edib. Keçmiş dövlət qulluqçusu Takayuki Otava isə yaşlı fermer ailəsindən istixana və suvarma avadanlığı alaraq kənd təsərrüfatına başlayıb.
Ölkədə mənzil problemi də oxşar vəziyyət yaradıb. Daxili İşlər və Rabitə Nazirliyinin 2023-cü il üzrə araşdırmasına əsasən, Yaponiyada 9 milyon boş ev var. Bu, ölkənin ümumi mənzil fondunun 13,8 faizidir. Yaşlı insanların vəfat etməsi və ya qocalar evlərinə köçməsi boş evlərin artmasının əsas səbəbləri arasındadır.
Yerli hakimiyyət orqanları boş evlərin yenidən istifadəsini təşviq etmək üçün “akiya bankları” adlanan elan sistemlərindən yararlanırlar. Bəzi evlər pulsuz təklif olunsa da, şərtlər bölgələrə görə dəyişir. Məsələn, Okutamada müəyyən evlər 40 yaşdan kiçik şəxslərə və ya azı bir uşağı olan gənc ailələrə verilə bilər. Bunun müqabilində yeni sahiblər həmin ərazidə daimi yaşamalıdırlar. (qafqazinfo.az)


Bizim.Media  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Oktyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see528

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see513

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see366

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see349

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see261

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see256

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see235

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see234

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see227

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see225

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see223

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see205

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see205

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see202

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see193

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see192

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see190

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see189

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see188

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri