Icma.az
close
up
RU
Evlərin qiyməti daha da artacaq SƏBƏB AÇIQLANDI KONKRET

Evlərin qiyməti daha da artacaq SƏBƏB AÇIQLANDI KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Mənzil bazarında qiymətlər artmaqda davam edir. Bunu statistik məlumatlar da təsdiqləyir. Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir. Bəs bu nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?

KONKRET.az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

“Ən yüksək qiymət artımı Nərimanov rayonundadır”

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir: “Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib”.

Bahalaşmanı şərtləndirən səbəblər

Sədrin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri tikinti materiallarına tələbatı artırır: “Əgər tikinti şirkətinə əvvəl bir kvadratmetr daha ucuz başa gəlirdisə, indi bu rəqəm 20-30 faiz yüksəlib. İşçi qüvvəsinin də qiyməti artır. Fəhlə və ustalar hər il 15-20 faiz daha artıq məbləğ tələb edirlər. Bu da gündəlik xərclərin artması ilə bağlıdır”.

V.Oruc bildirdi ki, insanlar dayanıqlı biznes sahəsi kimi daşınmaz əmlakı görürlər. Bu, ilbəil qiymətini artıran və dəyərdən düşməyən investisiya növüdür: “Kirayə verərsə, daha artıq gəlir deməkdir. Nəzərə almalıyıq ki, Bakının Baş planına uyğun olaraq müəyyən binaların söküntüsü aparılır. Onların yerində yeni binalar inşa ediləcək. Mənzillər söküldükcə orada yaşayan sakinlər də daşınmaz əmlak bazarına yönəlirlər. Həmçinin MİDA kimi sosial layihələrin həyata keçirilməsi də daşınmaz əmlak bazarında dinamiklik və aktivliyin yaranmasına təsir göstərir”.

Özülü yeni qoyulan binalara da maraq artıb

Ekspert deyir ki, tək hazır mənzillərə deyil, hətta təməli yeni qoyulan əmlaklarda da qiymətlər yüksəlib: “Son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür. Bəzən bu mərhələdə olan tikililər hətta yenitikili və təkrar yenitikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlara daha çox maraq göstərməyə başlayıblar. Səbəblərdən biri də iqtisadi amillərdir. Ölkə iqtisadiyyatı böyüyür. Manatın alıcılıq qabiliyyətində müəyyən fərqlər yaranır. Nəticədə bunlar hamısı qiymətlərin artımı ilə nəticələnir”.

V.Orucun fikrincə, qarşıdakı dövrdə əmlak bazarında qiymətlər daha da arta bilər: “Hər il daşınmaz əmlak 10-17 faiz bahalaşır. Əgər ABŞ və İran münasibətləri gərginləşərsə, oradan soydaşlarımızın ölkəmizə kütləvi axını olarsa, bu da daşınmaz əmlak qiymətlərinin daha da yüksəlməsinə şərait yaradacaq. Bunu Rusiya-Ukrayna müharibəsinin ilk dövrlərində gördük. Qiymətlərin birdən-birə yüksəlməsini təşviq edən amillərdən biri də bu oldu”.

Vergilər artıb, qaydalar sərtləşdirilib

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun fikrincə, mənzil bazarında qiymət artımını yaradan səbəblərdən biri vergilərin artmasıdır: “Əvvəl sahibkar 10 min kvadratmetr satışa çıxarırdısa, hər kvadratmetrinə 67-130 manat vergi ödəyirdi. İndi belə deyil. Yeni məcəllə 2020-ci ilin noyabrından qüvvəyə minib. Bu tarixdən sonra icazəsi alınıb tikintisi başlayan tikililərdə sadələşmiş vergi əvəzinə 18 faiz əlavə dəyər vergisi, mənfəətdən isə 20 faiz tutulur. Belə olan halda 100 manat olan vergi yükü 400-500 manata qədər yüksəlir”.

Ekspertin sözlərinə görə, ikinci məsələ şəhərsalma qaydalarına əlavə olunmuş şərtlərin daha da ciddiləşməsidir: “Yeni tələblərə əsasən, alınan ərazinin yalnız 30 faizində inşaat aparmaq mümkündür. Əvvəl binalar çox yaxın tikilirdi. Bir hektarda 50-70 min kvadratmetrlik mənzil sahəsi istismara verilirdi. İndi bu göstərici maksimum 22 min kvadratmetrdir. Nəticədə təklif edilən mənzil sayı azalır. Həmçinin bloklarda mənzillərin sayı xeyli azaldılıb. Əvvəl bir blokda 10-12 mənzil olardısa, indi qapı sayına da nəzarət edilir”.

“Mənzillər o ölkələrdə ucuzlaşır ki…”

Ekspert bildirdi ki, bu il də qiymətlər yüksələn istiqamətdə olacaq: “Qiymət artımının sadəcə mənzillərdə olmadığını nəzərə alsaq, bu prosesi normal qəbul etməliyik. Mənzillərin qiymətinin ucuzlaşmasını tələb edirik. Amma bu, səhv düşüncədir. Çünki o ölkələrdə mənzillərin qiyməti enir ki, orada iqtisadi gərginlik, böhranlar baş verir. İqtisadiyyatları inkişaf edən dövlətlərdə mənzillərin qiyməti enə bilməz. Bahalaşma bir müddət də davam edəcək. Bu il də bahalaşmaya hazır olmalıyıq. Ümumi iqtisadi göstəricilər yolunda gedərsə, heç bir hadisə baş verməzsə, il sonuna doğru daşınmaz əmlakın daha 13-15 faiz bahalaşacağı gözlənilir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri