Icma.az
close
up
RU
Evlərin qiyməti daha da artacaq DƏYİŞİKLİK

Evlərin qiyməti daha da artacaq DƏYİŞİKLİK

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

Məsələ artıq Milli Məclisin plenar iclasında müzakirə edilib və birinci oxunuşda qəbul olunub. Qanuna görə, pasportlaşdırma qanun qüvvəyə mindikdən sonra yalnız yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binalara şamil ediləcək. Mövcud, yəni istismarda olan binalar bu tələbdən kənarda qalacaq. Qayda və mexanizmlər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, bu dəyişiklik həm iqtisadi, həm də ekoloji baxımdan zəruridir. “Yeni tikilən binalar təhvil veriləndə bütün bu kommunikasiya xətləri artıq hazır olacaq və sonradan vətəndaşlara satılacaq. Köhnə binalar isə bu prosesə daxil deyil.

Digər binalardakı mənzil-müştərək cəmiyyətləri və ya idarəçilər pasportlaşmadan sonra enerjiyə az pul ödənildiyini və evlərin daha tez istiləndiyini gördükdə, bu prosesi öz binalarında da tətbiq etməyə çalışacaqlar.

Yeni binalarda isə bu tələb məcburi olacaq və insanlar pasportlaşdırılmış, enerji qənaətli binalara üstünlük verəcəklər. Məsələn, bu gün kvadratmetrini 2500 manata aldıqları evi 2700 manata alacaqlar, amma çəkilən xərci 5–7 il ərzində geri qazanacaqlar”. Qeyd edək ki, bu gün paytaxtda evlərin qiyməti kifayət qədər bahadır. Bəs evlərin pasportlaşdırılması qiymətlərin daha da artmasına gətirib çıxarmayacaqmı?

Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, Bakıda 10 minlərlə yaşayış binaları var və onların bir qismi köhnə tikili çoxmənzilli binalar, bir qismi isə yeni tikili binalardır: 

“Köhnə tikili binalarda bir zamanlar mərkəzi istixana sistemi vardı. Sonra onların böyük əksəriyyəti yararsız vəziyyətə düşdü. İndi əksər binalarda mərkəzi istixana, qazanxana yoxdur.

Bu gün ekoloji baxımdan baxsaq hər bir binada, mənzildə kombi aparatı qurulub ki, həmin aparat ilk növbədə onu qış aylarında istifadə edəndə aylıq mənzilin kvadratından asılı olaraq vətəndaş daha çox qaz pulu ödəyir.

Bundan əlavə ekoloji baxımdan binalardakı minlərlə kombi aparatından çıxan zəhərli qaz ekologiyanın məhvinə gətirib çıxarır. Həmçinin yay aylarında da  isti hava ilə bağlı vətəndaşlar kondisionerlərdən daha çox istifadə edirlər ki, bu da işıq pulunun daha çox yazmasına gətirib çıxarır”. 

Ekspertin sözlərinə görə, enerji itkisinin qarşısının alınması üçün yeni tikiləcək binalarda elə bir izolyasiya sostemi olacaq ki, onun vasitəsilə mənzillərdə istilik və soyuq bəlli bir müddət qorunub saxlanacaq:

“Yəni səhərə qədər kombini yandırmağa ehtiyac olmayacaq. Az bir müddət yandırdıqdan sonra istilik artıq uzun müddət evdə qalmış olacaq. Bu, xarici təcrübədə belədir. Bunun da əsas səbəbi onların tikintisində və üzlüyündə istifadə olunan izolyasiya sistemindən asılıdır ki, həmin izolyasiya istiliyi qoruyub saxlaya biləcək.

Xarici ölkələrdə bu mənzilin kvadratına görə hesablanır. Kvadratına görə o qədər də böyük məbləğ deyil. Əslində bu, tikinti şirkətlərinin üzərinə düşən bir məsələdir. Tikinti şirkətləri onu elə bir formada inşa etməlidir ki, vətəndaşlar enerji itkisinə məruz qalmasınlar”. 

Ekspert deyir ki, söhbət burada vətəndaşların yaşadıqları illərdən gedir və bir vərəndaş həmin mənzildə 10- 50 il də yaşaya bilər:

“Yaşadığı müddətdə enerjiyə ödədiyi əlavə vəsaiti itkinin qarşısını alacaq. Ancaq bununla yanaşı onsuzda evlərin qiymətində artım var. Enerji ilə bağlı pasportlaşma evlərin qiymətlərinin də artmasına gətirib çıxaracaq”.

Nigar Abdyullayeva
“Cebheinfo.az”

Açar sözlər: Elnur Fərzəliyev evlər

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri